Çap

Bakı-Abşeron gəncləri üçün marketinq təlimləri keçirilib

1003954 605474142848566 1365834391 n

“Gəncliyin Elmi Mədəni İnkişafı” İctimai Birliyi (GEMİ) Bakı-Abşeron gəncləri üçün marketinq təlimləri keçirib. Təlimlər Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Bakı-Abşeron gəncləri üçün müasir marketinq məktəbi" layihəsi çərçivəsində təşkil olunub.


GEMİ-in mətbuat xidmətindən verilən məlumata görə, iki aylıq təlimlərdə Bakı-Abşeron bölgəsindən 18-29 yaşları arasında 30 nəfər gənc iştirak edib. Təlimlər GEMİ-in cəlb etdiyi mütəxəssislər tərəfindən həftənin 2-4-cü günləri ödənişsiz həyata keçirilib.


Layihə barədə danışan GEMİ-in sədri Sərdar Yusifoğlu bildirib ki, layihənin keçirilməsində əsas məqsəd Bakı-Abşeron bölgəsindən olan gənclərə təcrübəli müəllimlər tərəfindən marketinq üzrə kursların keçirilməsi, bununla da onların peşəkar bacarıqlarının artırılmasına və işlə təmin olunmasına dəstəyin göstərilməsidir.

“Gənclərin iş tapmaları üçün marketinq üzrə nəzəri və praktiki biliklərin və bacarıqlarının inkişaf etdirilməsini hədəf seçmişik. Biz istəyirik ki, gənclərin vətəndaş cəmiyyətinin inkişafında rolu artsın, gənclərimiz müsbət dəyişikliyə doğru irəliləməkdə daha əzmli olsun”, - deyə S.Yusifoğlu vurğulamışdır...

1460185 605459332850047 1448847956 n

936009 605459046183409 757063306 n