Çap

Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi uğurlu fəaliyyətinə görə mükafatlandırılmışdır

azad rehimovla

2 fevral Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının nəzdində fəaliyyət göstərən gənclərlə iş üzrə ictimai şuranın tədbiri keçirilmişdir.

Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyindən verilən məlumata görə, tədbiri gənclər və idman nazirinin müavini İntiqam Babayev açmış, sonra gənclər təşkilatlarının rəhbərlərinin çıxışları dinlənilmişdir.

Cari ildə gənclər sahəsində görüləcək işlər müzakirə olunmuşdur.

 

2010–cu ildəki uğurlu fəaliyyətinə görə Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi fəxri fərmanla təltif olunmuşdur.