Çap

Gənc yazar və ictimai xadimlər diplomlarla təltif olundu

Tarix . Kateqoriya Layihələr

10325346 637280559682432 5152595799230094523 n

  "Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyi (GEMİ) mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 91-ci il dönümü münasibəti ilə "Gənclər və Uğurlar" adlı tədbirdə Gənclərin ictimai fəaliyyəti ilə əlaqədar təltifetmə mərasimi təşkil etdi. 

Tədbir çərçivəsində son illərdə fərqlənən gənc yazıçılara, jurnalistlərə, eləcə də gənclərin inkişafına və maariflənməsinə dəstək verən qurumların nümayəndələrinə diplomlar təqdim edildi. Tədbirdə tanınmış ictimai xadimlər və KİV nümayəndələri də iştirak edirdilər.

GEMİ Təşkilatının sədri Sərdar Yusifoğlu və gənc fəal Rövşən Nəcəfovun aparıcılığı ilə baş tutan tədbirdə gənc yazarlar Cavid Zeynallı, Rüfət Əhmədzadə, Oktay Hacımusalı, Elnur Eltürk, Elmin Nuri, Aytən Cavanşir, Gülnar Əhməd, Gülnarə İlham, Fatimə Kərimli, Günel Əbilova, Günel Xəzəl, Elçin Əfəndi, Fuad Hüseynzadə, Günel Eyvazlı, Vaqif Hüseynov, Mehman Həsən, Elşən Gəncəvi, Nicat Müslümov, Gülnar Əmiraslanova, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı, "Yeni Nəfəs" Hərəkatının sədri Seymur Həsənli, OTV-nin rəhbəri Vaqif Hüseynov və bir sıra fəal gənclərə diplomlar təqdim edildi.

"Gənclərin dostu" kimi dövlət qurumlarında gənclər sektoruna dəstək verən şəxslər kimi Fuad Babayev, Orxan Ərəbov və Vüsal Quliyev də xüsusi plaketlərlə təltif olundular. Həmçinin mütaliənin təbliğinə görə Kitabevim.Az mağazası da mükafata layiq görülüb.

 

 

 

10361526 627475687336666 208112116856120562 n

10298880 627472887336946 8776715619453388662 n

10338250 627475747336660 7704963699471453497 n

10270497 637281909682297 3295717595506360357 n