Çap

GEMİ Təşkilatı Ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirdi

Tarix . Kateqoriya Layihələr

 uuu

Dekabrın 12-də Gəncliyin Elmi Mədəni İnkişafı ictimai birliyinin (GEMİ) ofisində Ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi.

GEMİ-nin mətbuat xidmətinin verdiyi məlumata görə, dekabrın 12-də Gəncliyin Elmi Mədəni İnkişafı ictimai birliyinin (GEMİ) ofisində Ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi.  GEMİ-nin Gənclər və Tələbələr üçün resurs mərkəzində keçirilən tədbirə gənclər toplaşmışdı.  Tədbiri giriş sözü ilə təşkilatın rəhbəri Sərdar Yusifoğlu açdı. Müasir Azərbaycanımızın qurucusu, Ulu öndərimiz Heydər Əliyev yolunun biz gənclər üçün əsas istiqamət olduğunu bildirdi.

 Dahi Şəxsiyyətin keçdiyi ömür yolu haqqında danışan S.Yusifoğlu uzaqgörən siyasətçi və demokratik dəyərlərə məxsus bir lider olduğunu bildirdi.  Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin onun laiqli davamçısı olduğunu və biz gənclərin hər zaman prezidentimizlə bərabər olduğu və olmamızında vacib olduğu vurğuladı.  Sonra çıxış edən gənclər Ümummilli liderimiz haqqında yüksək düşüncələrini paylaşdılar.  Tədbirin sonunda Ulu öndərimizin məzarını ziyarət olundu və önünə gül dəstələri qoyuldu.