Çap

"Müridlik-müdrikliyin gənclik sədasıdır" mövzusunda tədbir keçirildi

Tarix . Kateqoriya Layihələr

muellim ler

Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyində (GEMİ) bu birliyin və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (BPKİYİ) birgə təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Müridlik-müdrikliyin gənclik sədasıdır” adlı tədbir keçirilmişdir.

BPKİYİ-nin rektoru, professor Asəf Zamanov ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi təhsil müəssisəsində qazanılan uğurlardan danışmış, bütün təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etmişdir.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti professor Fuad Məmmədovun “Azərbaycanın milli mədəni inkişafında müəllimlərin rolu” mövsunda məruzəsi dinlənilmişdir. Məruzədə gənc nəslin təlim-tərbiyəsində, bilik və vərdişlərə yiyələnməsində məktəbin, müəllimin rolundan söhbət açılmışdır. Professor F.Məmmədov ulu öndər Heydər Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısından, onun bu siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, pedaqoji kadrları, təhsil işçilərini bayram münasibətilə təbrik etmiş, uğurlar arzulamışdır.

GEMİ İctimai Birliyinin sədri Sərdar Yusifoğlu “Vətəndaş cəmiyyətinin inkişafında müəllimlərin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Müəllimin vətəndaş cəmiyyətinin inkişafında böyük rol oynayan əsas simalardan olduğunu qeyd edən S.Yusifoğlu bu müqəddəs və şərəfli peşə sahiblərini gənclər adından təbrik etmişdir.

BPKİYİ-nin qabaqcıl müəllimlərindən bir qrupuna fəxri fərman verilmişdir.

Müəllimlərə, tələbə gənclərə göstərdikləri qayğıya, təhsilə verdikləri töhfələrə görə professorlar Asəf Zamanov və Fuad Məmmədov GEMİ İctimai Birliyinin fəxri üzvü seçilmişlər.