Çap

GEMI - Gəncliyin Elmi Mədəni İnkişaf Təşkilatı!

Tarix . Kateqoriya GEMİ

 

Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti bütün Respublika ərazisini əhatə edir.

GEMİ 2007-ci ildə bir qrup gəncin təşəbbüsü əsasında yaranmışdır. 26 dekabr 2007-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi qeydiyyata alınıb.

GEMİ fəaliyyət göstərdiyi andan gənclərin elmi-mədəni inkişafı, intellektual səviyyənin inkişafı üçün bir çox proqramlar, tədbirlər keçirmişdir. Gənclər üçün alimlərin, müxtəlif sahələrdə ekspertlərin, siyasətşünasların, gənc fəallarla keçirilən görüşlərin keçirilməsini buna misal göstərə bilərik.

Bununla yanaşı GEMİ-nin “Gənclər üçün Elm və Mədəniyyət Mərkəzi” proqramının fəaliyyət göstərməsini nümunə çəkə bilərik. Mərkəz daimi olaraq gənclər üçün elmi-mədəni tədbirlər təşkil edir, həmçinin bu sahədə fəaliyyət göstərən insanlarla gənclərin görüşünü təşkil edir.

Birliyin 825-ə yaxın üzv və 20-yə yaxın könüllüsü var.

Birliyin eyni zamanda Şəki şəhərində regional nümayəndəliyi fəaliyyət göstərir.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə