Çap

Gənclərin Elmi-Mədəni İctimai Birliyinin beş yaşı tamam olur

Tarix . Kateqoriya Yeniliklər

Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyinin (GEMİ) 5 yaşı tamam olur. Gün.Az-ın verdiyi məlumata görə bu məqsədlə təşkilat üzvləri və həmkarları üçün tədbir keçirəcək. “Notre Damme Club”da keçiriləcək tədbirdə 80-cı illərin hit-mahnıları səslənəcək.

Qeyd edək ki, Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti bütün Respublika ərazisini əhatə edir.

GEMİ 2007-ci ildə bir qrup gəncin təşəbbüsü əsasında yaranmışdır. 26 dekabr 2007-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi qeydiyyata alınıb.

GEMİ fəaliyyət göstərdiyi andan gənclərin elmi-mədəni inkişafı, intellectual səviyyənin inkişafı üçün bir çox proqramlar, tədbirlər keçirmişdir. Gənclər üçün alimlərin, müxtəlif sahələrdə ekspertlərin, siyasətşünasların, gənc fəallarla keçirilən görüşlərin keçirilməsini buna misal göstərə bilərik.

Bununla yanaşı GEMİ-nin “Gənclər üçün Elm və Mədəniyyət Mərkəzi” proqramının fəaliyyət göstərməsini nümunə çəkə bilərik. Mərkəz daimi olaraq gənclər üçün elmi-mədəni tədbirlər təşkil edir, həmçinin bu sahədə fəaliyyət göstərən insanlarla gənclərin görüşünü təşkil edir.

Birliyin 825-ə yaxın üzv və 20-yə yaxın könüllüsü var.

Birliyin eyni zamanda Şəki şəhərində regional nümayəndəliyi fəaliyyət göstərir.

Nərmin Əhmədli
Gün.Az

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə