Çap

Bakıda və Şəkidə ekoloji maarifləndirmə təlimləri keçiriləcək

Tarix . Kateqoriya Yeniliklər

Gənclərin Elmi-Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) noyabr ayında həm Şəki, həm də paytaxt Bakıda təlimlər həyata keçirməyi planlaşdırır. Bu barədə Gün.Az-a müsahibəsində birliyin sədri Sərdar Yusifoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan şəhərlərində əsas ekoloji problemlər avtomobillərin filtrlərinin vaxtında dəyişilməməsi ilə bağlıdır:

“GEMİ bu problemin aradan qaldırılması üçün sosial şəbəkələr vasitəsilə təbliğat aparacaq. Bu kimi məsələlərə sürücülərin diqqət etməsi üçün müəyyən tədbirlər həyata keçirməyi düşünürük. Eyni zamanda bir məsələ də var - bu, məhsulun dəyərinin baha olmasıdır ki, sürücülər vaxtında filtri yeniləyə bilmir. Təşkilatımız bu kimi problemin də həllində maraqlıdır”.

O qeyd edib ki, rəhbərlik etdiyi təşkilat ekologiya ayı çərçivəsində həm də müəyyən təlimlər həyata keçirməyi planlaşdırır:

“Təlim tullantıların küçələrə atılması ilə bağlı olacaq, gənclərin bu istiqamətdə maarifləndirilməsi üçün iş aparılacaq”.

S.Yusifoğlu həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) rəhbəri Leyla Əliyevanın ətraf mühitin qorunması ilə bağlı təşəbbüsünü olduqca yüksək qiymətləndirdiyini və bir təşkilat olaraq ekologiya ayı çərçivəsində problemlərin aradan qaldırılması üçün çalışacaqlarını bildirib.

Xatırladaq ki, L.Əliyevanın ideya müəllifi olduğu “International Dialogue for Environment Action” təşəbbüsü çərçivəsində hazırda bəşəriyyəti ciddi narahat edən, gələcək nəsillər üçün ciddi təhdid mənbəyinə çevrilən və öz təxirəsalınmaz həllini gözləyən ətraf mühitin problemlərinə ictimaiyyətin diqqətini artırmaq üçün 2011-ci ilin noyabr ayı “Ətraf mühitimizi qoruyaq” şüarı ilə “Ekologiya ayı” elan edilib.

Nərmin Əhmədli
Gün.Az

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə