Çap

Sərdar Yusifoğlu: “Məqsədimiz dövlətin gənclər siyasətinə dəstək verməkdir”

Tarix . Kateqoriya Yeniliklər

“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyi (GEMİ) 12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə Bakıda və bölgələrdə silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Bu barədə Gün.Az-a müsahibəsində GEMİ-nin sədri Sərdar Yusifoğlu bildirib.

S.Yusifoğlu söyləyib ki, bu əlamətdar gün münasibəti ilə həm GEMİ-nin Bakıdakı mərkəzi, həm də Şəkidəki regional ofisində tədbirlər keçiriləcək və ölkənin müxtəlif fəal gənclər təşkilatlarının nümayəndələri, gənc müəllim və alimlər, eləcə də jurnalistlər bir araya gətirilərək onların fikir mübadiləsi təşkil olunacaq.

“Bu işdə bizə “Delphi” Tədris Mərkəzi də yaxından kömək göstərəcək. Həmçinin qeyd edim ki, bu mərkəzlə birlikdə bu həftəsonu müxtəlif sahələrdə çalışan 50-yə yaxın fəal gəncin Qəbələyə ekskursiyasını təşkil edəcəyik. Gənclər Qəbələnin bir sıra tarixi və turizm əhəmiyyətli yerlərində, həmçinin “Yedi Gözəl” şəlaləsində olacaqlar. Səfərin uğurlu alınmasında “Qafqaz” İstirahət Mərkəzi tərəfindən də dəstək veriləcək”.

Avqustun 14-də baş tutacaq səfərin “Həm öyrənək, həm də istirahət edək” layihəsi çərçivəsində dördüncü olacağını deyən GEMİ rəhbəri qeyd edib ki, bundan əvvəl təşkilat tərəfindən Yardımlı-Masallı, İsmayıllı-Qəbələ və Quba turları təşkil edilmişdi ki, bu turların hər birində regional şöbələrin fəalları da daxil olmaqla 50-70 arası gənc iştirak edib.

“Bu səfərlər yalnız istirahət və asudə vaxtın əyləncəli təşkili məqsədi güdmür. Ötən ekskursiyamızda 1918-ci ildə erməni quldurları tərəfindən soyqırımına məruz qalan soydaşlarımızın dəfn olunduğu Quba məzarlığına da baş çəkdik və bu səfərə qatılmış xarici vətəndaşların da bu barədə məlumat alması nail olduq”.

S.Yusifoğlu vurğulayıb ki, təşkilatın son aylardakı fəaliyyəti yerli turizmin inkişafı və təbliğinə töhfə verməkdən başqa, həmçinin dövlətin gənclər siyasətinə dəstək verməkdir.

“Dövlət başçısı da dəfələrlə bildirib ki, neft kapitalını insan kapitalına çevirmək lazımdır. Bu fikirlər özünü dövlətin gənclər siyasətində də göstərir. Odur ki, biz də bu siyasətə dəstək vermək üçün intellektual gəncləri bir araya gətirməyə və onların fikir mübadiləsi nəticəsində ortaq yeni ideyalar tapmasına çalışırıq”.

Rüfət Əhmədzadə
Gün.Az

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə