Çap

Gənclər təşkilatı yeni tur və ekskursiyalar layihəsinə start verdi

Tarix . Kateqoriya Yeniliklər

“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyi (GEMİ) “Həm öyrənək, həm istrahət” layihəsin çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinə tur və eksursiyaların təşkilinə başlayıb. Bu barədə Gün.Az-a təşkilatın sədri Sərdar Yusifoğlu məlumat verib.

Onun sözlərinə görə, “F Group Production”ın təşkilati dəstək verdiyi layihə çərçivəsində hər həftəsonu təşkilat gənclərin bölgələrdə olan mədəni-tarixi əhəmiyyət kəsb edən obyektlərə səfərlərini təşkil etmək planlaşdırılır.

“Layihə sentyabr ayına qədər davam edəcək. Artıq, ötən həfətəsonu Yardımlı-Masallı bölgəsinə bir səfər təşkil etmişik. Bu həftəsonu Lahıca, növbəti həftə isə İsmayıllıda yerləşən Qız Qalası və bu rayondakı qoruğa səfər nəzərdə tutulur”.

Hər turda 30-40 gəncin iştirakının planlaşdırıldığını qeyd edən GEMİ rəhbəri qeyd edib ki, turlarda təşkilatın üzvü olmayan tələbə və gənclər də iştirak edə bilər.

“Turlar çərçivəsində gənclər üçün getdikləri yerlərdə məlumatlandırıcı seminarlar təşkil olunacaq, onların diskussiya və fikir mübadiləsi aparmaları üçün şərait yaradılacaq”.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə