Çap

Sərdar Yusifoğlu: Abituriyentlər daha çox Türkiyədə təhsilə meyl edir

Tarix . Kateqoriya Yeniliklər

     Xaricdə təhsil almaq bütün dövlərdə insanlar üçün maraqlı olub.

 Xaricdə təhsil almaq bütün dövlərdə insanlar üçün maraqlı olub. Elə indi də bu sahəyə olan marağın yüksək səviyyədə olduğunu asanlıqla görmək olar.

Ölkəmizdən xaricə oxumağa gedənlərin sayı hər il artaraq davam edir.

Dünya görüşünü artırmaq, həmçinin yaxşı bir kariyera sahibi olmaq üçün xaricdə təhsil almağın üstünlükləri çoxdur.

Azərbaycanlı abiturientlər oxumaq üçün əsasən Avropa və Qərb ölkələrinə üstünlük verirlər. Bunların arasında Türkiyə ilk sıradadır.

Bunu Sputnikə açıqlamasında, Gəncliyin Elmi Mədəni İnkişafı mərkəzinin rəhbəri Sərdar Yusifoğlu bildirib.
“Bununla belə Şərqi Avropa ölkələrinə təhsil almaq üçün gedənlərin də sayı az deyil. Abituriyentlər arasında iqtisadiyyat və turizm sahələrinə meyllilik digərlərinə nisbətdə daha çoxdur”, deyə Sərdar Yusifoğlu əlavə edib.