Çap

Kolleclərə qəbul üçün ixtisas seçimi iyulun 8-də başlayacaq

Tarix . Kateqoriya Yeniliklər

 

Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) IX və XI siniflər üçün buraxılış imtahanını yekunlaşdırıb və nəticələr də artıq bəllidir.

Bu il kolleclərə buraxılış imtahanlarının nəticələri əsasında qəbul həyata keçiriləcək. TQDK-dan Modern.az-a verilən məlumata görə, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 5 saylı "Abituriyent" jurnalında təqdim olunacaq.

Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla qiymətləndirilir.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə