Çap

Bakıda iş vaxtı rejimi əvvəlki vəziyyətə qaytarılır

Tarix . Kateqoriya Yeniliklər

 

Sərəncam növbəti həftə qüvvədən düşəcək.

“Bakı-2015” l Avropa Oyunları ilə əlaqədar iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncamı növbəti həftə qüvvədən düşəcək.

Nazirlər Kabineti Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədilə mayın 1-də qüvvəyə minən sərəncam iyulun 1-nə qədər qüvvədə olacaq.

Xatırladaq ki, sərəncamda qeyd edilib ki, 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakıda fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.

Sərəncama əsasən, işçilərin 25%-i üçün saat 08:00-dan 17:00-dək, 25%-i üçün saat 08:30-dan 17:30-dək, 25%-i üçün 09:00-dan 18:00-dək, 25%-i üçün 09:30-dan 18:30-dək qrafik tətbiq olunub.

Özəl şirkətlərdə isə işçilərin 50%-i saat 08:00-dan 17:00-dək, 50%-i 08:30-dan 17:30-dək işləyir.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə