Çap

2018-2019-cu tədris ili üçün Latviyanın təqaüd proqramı

Tarix . Kateqoriya Elanlar

latvia

 

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq, Latviya Hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:

 

Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura

Tədris dili: İngilis və ya latış

Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları müvafiq internet səhifəsində (http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/ ) ərizə formasını doldurmalı və digər tələb olunan sənədləri əlavə etməlidirlər.

 

Tələb olunan sənədlər:

• ərizə forması;

• CV (tərcümeyi-hal);

• niyyət məktubu;

• təhsil sənədlərinin və qiymət cədvəllərinin surəti;

• 2 ədəd tövsiyə məktubu;

• təqaüd ərzində dərs planı;

• xarici dil sertifikatının surəti;

• şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti;

 

Maliyyə şərtləri:

Bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd təmin olunur. Səyahət və sığorta xərcləri namizədlərin özləri tərəfindən qarşılanır.

Ətraflı məlumatla aşağıdakı keçiddən tanış olmaq mümkündür:

http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/

 

İxtisas və universitetlərlə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

http://www.studyinlatvia.lv/niid_search?level_1=&qy=&x=73&y=7

Seçim prosesi: Bütün namizədlərin sənədləri yoxlanıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcəkdir.

 

Son müraciət tarixi: 01.04.2018

Əlaqədar şəxs: Ms. Aija Jakovica (DTİA-nın əməkdaşı)

Tel: + 371 67814331, e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə