Çap

QİDA ÇƏRÇİVƏSİNDƏ “TƏSİRLİ NİTQ” TƏLİMİNƏ QEYDİYYAT BAŞLADI

Tarix . Kateqoriya Elanlar

nitq

5 Noyabr 2016-cı il tarixində, saat 10:30-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “QHT İdarəetmə Akademiyası” (QİDA)  çərçivəsində “Təsirli nitq” təlimini keçiriləcək.

Gemi.az Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına istinadən xəbər verir ki, təlim çərçivəsində təlimçi Cəlalə Nəzəroğlu tərəfindən üzv təşkilatların nümayəndələrinə təsirli nitqin hazırlanması və auditoriya qarşısında çıxış mövzularına toxunulacaq. Gənclər təlimdə iştirak edərək effektiv ünsiyyətdə önəmli olan keyfiyyətlər və onların inkişaf etdirilməsi yolları, həmçinin ictimai çıxış və ona hazırlıq haqqında ətraflı məlumat əldə edə biləcəklər.

Təlimçi haqqında: Cəlalə Nəzəroğlu 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. 2007-ci ildə Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin “Jurnalistika” ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2007-ci ildən başlayaraq Xəzər Televiziyasında “Xəzər Xəbər”-in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, 2013-2015-ci illərdə “İnterAz” televiziyasının “Xəbərlər” departamentinin rəhbəri, daha sonra “ANS” televiziyasında “Salam, Azərbaycan” proqramının rəhbəri və aparıcısı olub. Diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu Türkiyənin fərdi inkişaf üzrə nüfuzlu “SAYGIN Coaching & Consulting” Fərdi İnkişaf Mərkəzinin məzunudur. Hazırda prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan ASAN radiosunda redaktor vəzifəsində çalışır.

Qeyd edək ki, “QHT İdarəetmə Akademiyası” (QİDA) çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bu günə qədər 73 gənclər təşkilatından 520 iştirakçı QİDA proqramı çərçivəsində 54 ayrı təlimdə iştirak edib

QİDA Akademiyası çərçivəsində keçirilən təlimdə gənclər təşkilatlarının rəhbər və işçi heyətinin nümayəndələri olmaqla, 25 nəfər iştirak edəcək. Sonda təlim iştirakçıları şəhadətnamə ilə təltif olunacaq.

Təlimin  işçi diliAzərbaycan dili.

Qeydiyyat: Təlimdə iştirak üçün qeydiyyatdan keçən və  iştirak təsdiqini almış təşkilat nümayəndələri və fəal gənclərin  şəxsiyyət vəsiqəsi ilə birgə 5 noyabr 2016-cı il saat 10:30-dan gec olmayaraq təlimin keçiriləcəyi məkanda olması xahiş olunur.

Qeydiyyat üçün son müraciət tarixi: 3 noyabr 2016-cı il, 18:00-dək

Məkan: ARGTMŞ Gənclər Evi