Çap

XARİCDƏ ALINAN DİPLOMLARIN TANINMASI

Tarix . Kateqoriya Elanlar

diploms

 

XARİCDƏ ALINAN DİPLOMLARIN TANINMASI

Hər hansı bir təhsil müəssisəsinin Akkreditasiya və Lisenziyası varsa həmin təhsil müəssisəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınır.

 

Hansı halda diplomlar tanınmaya bilər:

- Təhsil müəssisəsinin Akkreditasiya və Lisenziyasının olmaması;

- Vətəndaşın tədris dilini bilməməsi;

- Oxuduğu ixtisas barədə məlumatın olmaması;

- İxtisasın təhsil pillələri üzrə uyğunsuzluğu;

- Daxil olan sərhəd məlumatına əsasən verilən imtinalar;

 

 Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov: Əgər ali təhsil müəssəsi fəaliyyət göstərməsi üçün bütün zəruri sənədlərə malikdirsə, verdiyi təhsil sənədi fəaliyyət göstərdiyi ölkənin Təhsil Nazirliyi tərəfindən tanınırsa,  Azərbaycan Respublikası həmin ölkələrin diplomunu tanıyacaq”.

 

Q.Qafarov xarici universitetlərin verdiyi Tibb diplomlarının tanınmaması barədə:

“Təhsil Nazirliyinin belə bir qadağası yoxdur ki, əcnəbi ölkələrin tibb universitetlərinin diplomları tanınmır. Belə bir qərar yoxdur. Sadəcə olaraq belə tibb universitetlərinin qiyabi təhsili tanınmır. Bunun da bir məntiqi izahı var. Necə olar bilər ki, şəxs xaricdə qiyabi tibb təhsili alıb, ölkədə həkim kimi çalışsın. Biz ENİC-NARİC-ə daxil olan, qiyabi tibb təhsili verən universitetləri tanımırıq”. 

 

Təhsil Nazirliyinin Akkreditasiya və Notrifikasiya şöbəsinin informasiya şöbəsinin rəhbəri Qabil Qafarov: “Nostrifikasiya.edu.az saytında ENİC-NARİC bölməsində diplomları tanınan universitetlərin siyahısı dərc edilib. ENİC-NARİC bir beynəlxalq şəbəkədir. Onlar müxtəlif ölkələrin keyfiyyətli təhsil verən universitetlərinin adını bu siyahıda dərc edib. Bu şəbəkədə hər bir ölkə tanınan ali müəssələrinin adını daxil edib. Həmçinin də Azərbaycan tanıdığı ali təhsil müəssələrinin adını yerləşdirib. Yəni, ölkə özünün verdiyi ali təhsil haqda sənədləri tanıyırsa, avtomatik olaraq Azərbaycan da bu universitetlərin diplomlarını tanıyır”.

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinə ( https://www.nostrifikasiya.edu.az/frontend/ ) daxil olmaqla ENİC-NARİC bölməsindən (http://www.enic-naric.net/country-pages.aspx ) ölkə ərazisində tanınan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərsiniz.