Çap

Korla görən adam bir olurmu?

Tarix . Kateqoriya Müsahibələr

fuad mamedov2

İslamı gözdən salan amillər.

Çox əfsuslar olsun ki, dünyada islamla bağlı mənfi təbliğat gedir. İslam aləmində cahillik, siyasi dartışmalar və qərb tərəfindən maliyələşdirilən terror təşkilatları təkcə islamın imicinə zərbə vurmur. Eyni zamanda terror insanlıq üçün böyük təhdidə çevrilib. Azərbaycan islam aləminin bir parçası olduğundan gənclərimiz islam xurafatının, ekstremist təriqətlərərinin təsiri altına düşür. 
Bununla mübarizə üçün ən düzgün yol cəmiyyətdə elmin, təhsilin və maarifin inkişaf etdirilməsidir. Elm və təhsil cəmiyyətdə tək elm institutlarında deyil, eyni zamanda dini xadimlər tərəfindən də təbliğ olunmalıdır. Çünki islamin özündə elmə çox önəm verilir. Əslində bu problemli təriqətlərin gəncləri seçməsi heç də təsadüfü deyil. Çünki hər bir gənc özünü dərk etdikdən sonra dünya görüşünü artırmaq və həyatda öz yerini tapmaq üçün onu düşündürən suallara cavab axtarmağa başlayır. Əfsuslar olsun bir çox zaman gənclər bu sualları fəlsəfə, kulturalogiya, astronomiya və başqa elmlərdə deyil, onları zombiləşdirən dini təriqətlərdə axtarmağa başlayırlar. Bu halların vüsət artması ilə islamın əsl mahiyyətini kölgədə qoyur. 
Gemi.az xəbər verir ki, İnterpress.az saytı cəmiyyətimizi narahat edən bəzi suallarla  ilə əlaqədar İdarəçilik Akademiyyasının proffesoru, kulturoloq Fuad Məmmədova müraciət edib.

Çap

“Azərbaycanda ali təhsil vaxt itkisinə çevrilib”

Tarix . Kateqoriya Müsahibələr

sardar gemi

Sərdar Yusifoğlu: “Şirkətlərdə min manat maaş alan İKT mütəxəssisi universitetdə saatı 3 manata dərs deyərmi?”

“Azərbaycandakı müəllimlərin əksəriyyəti öz ixtisaslarına, lazımi kriteriyalara cavab vermirlər”. Gemi.az xəbər verir ki, bunu Qafqaznews.az-a “Gənclərin Elmi-Mədəni” İctimai Birliyinin sədri, təhsil eksperti Sərdar Yusifoğlu bildirib. Təhsil naziri Mikayıl Cabbarovun bu yaxınlarda ölkə mətbuatına verdiyi müsahibəni şərh edərkən, Sərdar Yusifoğlu deyib ki, həqiqətən də, son 3 ildə Azərbaycan təhsilində müəyyən dirçəlişlər, islahatlar hiss olunur.

Çap

''Mən Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyirəm''

Tarix . Kateqoriya Müsahibələr

mnbv 
 
Gemi.az  “İNTER-SEVER”  kompaniyasının prezidenti, Dünya Azərbaycanlıları İttifaqının sədri, Dünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovla müsahibə dərc edib. Müsahibəni təqdim edirik:
- Prezidenti olduğunuz “İNTER-SEVER” şirkəti hansı ölkələrdə fəaliyyət göstərir, əsas biznes işi nədən ibarətdir?
 
- Mənim əsas biznes fəaliyyətim “İNTER-SEVER” kompaniyasındadır. Hansı ki, mən bu kompaniyanı 1990-cı ilin iyununda yaratmışam və o zamandan şirkətin prezidentliyəm. Bizim kompaniya əsasən ofis icarəsi, kiçik yenidənqurma işləri, tikinti investisiyası istiqamətində ixtisaslaşıb. “İNTER-SEVER” əsasən Rusiya və İtaliyada fəaliyyət göstərir. Lakin baş ofisimiz Moskvadadır.
- Prezidenti olduğunuz “Frenk Fond”u fəaliyyət göstərirmi, əgər göstərirsə, konkret hansı istiqamətdə və hansı şəhərlərdə?
Çap

Fərid Şahbazlı: "Hər şeyi universitetlərin vicdanına buraxmamalıyıq"

Tarix . Kateqoriya Müsahibələr

  feridsahbazli

 Fərid Şahbazlı: "Hər şeyi universitetlərin vicdanına buraxmamalıyıq"

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri(İGİB), İstanbul Aydın Universiteti Beynəlxalq Tələbələr Birliyinin rəhbəri Fərid Şahbazlı Təhsil nazirliyi və millət vəkillərinə yönəlik təkliflə çıxış edib. O, bildirib ki, gənclər millət vəkillərindən elm və təhsil haqqında qanunlar müzakirə olunan zaman Azərbaycanda bu sahələrin inkişafı, beynəlxalq standartlar səviyyəsinə yüksəlməsi üçün daha çox innovativ təkliflərlə çıxış etmələrini xahiş edirlər.

Gemi.az-ın  Aktual.az-a istinadən verdiyi məlumata görə,Birliyin sədri qeyd edib ki, məsələn, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası ilə bağlı müvafiq hüquqi bazanın hazırlanması artıq bir qaçılmaz zərurət halına gəlib: "Hazırda Azərbaycanda ölkəmizin potensialından qat-qat aşağı sayda xarici tələbə təhsil alır. Halbuki ölkəmizdə daha çox xarici tələbənin təhsil almasının həm iqtisadi, həm də olduqca mühüm strateji əhəmiyyəti var.

Çap

“Xaricdə təhsil alan gənclərimiz gördükləri yenilikləri ölkəmizə gətirmək potensialına sahibdirlər”

Tarix . Kateqoriya Müsahibələr

ff

Rəsul Məmmədov:“Xaricdə təhsil alan hər bir azərbaycanlı gənc, ölkəmizin tarixi həqiqətlərini dünyaya çatdıran təbliğat maşınıdır”
Son zamanlar Polşada təhsil alan gənclərimiz də öz elmi və ictimai fəaliyyətləri ilə diqqəti çəkirlər. Elə müsahibimiz Rəsul Məmmədov da Polşada bu baxımdan aktiv gənclərimizdəndir. Qeyd edək ki, R.Məmmədov Bakı şəhərində anadan olub. Hazırda Varşava Universitetində "Maliyyə, investisiya və mühasibat" ixtisası üzrə təhsil alır. Polşaya getdikdən dörd ay sonra orada ictimai fəaliyyətə başlayıb; 20 Yanvar, Xocalı soyqırımının tanıdılması istiqamətində müxtəlif işlər görüb. Həmçinin digər tədbirlərdə də iştirak edib. Hazırda isə Polşada fəaliyyət göstərən "Polşada Azərbaycanlı Gənclər Şurası"nda sədr müavini vəzifəsini icra edir.

Çap

S.Yusifoğlu “Təhsil Nazirliyi varsa, TQDK nəyə lazımdır?

Tarix . Kateqoriya Müsahibələr

369545 450039

Fazil Mustafa: “Köhnə sistemə qayıdış təhsildə korrupsiyanın artmasına gətirib çıxaracaq”

Nizami Cəfərov: “Test sistemi özünü doğrultdu, ancaq təkmilləşdirmədən söz gedə bilər”

Sərdar Yusifoğlu: “Əsas diqqət buraxılış imtahanlarına yönəldilməlidir, qəbul imtahanları isə təqaüd imtahanları ilə əvəz olunmalıdır”

Çap

Litvanın Vilnüs Universitetinin tələbəsi Rəhim Məmmədovun müsahibəsi

Tarix . Kateqoriya Müsahibələr

 

001 1451074980

 Rəhim Məmmədov:“Xaricdə tələbələr üçün çoxlu proqramlar var və əgər aktivsənsə, proqramlardan yararlanıb təcrübə qazana bilirsən”
Müsahibimiz Rəhim Məmmədov Litvanın Vilnüs Universitetinin Biznes administrasiyası fakültəsinin 3-cü kurs tələbəsidir. Bu il isə Erasmus proqramı çərçivəsində Almaniyanın Karlsure şəhərindəki Karlshochschule Universitetində 1 semestrlik təhsil alır. O həm Litva, həm də Almaniya təhsili və mədəniyyəti haqqında geniş məlumata malikdir. Onun əsas amalı xaricdə təhsil almaqla yanaşı, ölkəmizi tanıtmaqdır.

Çap

“Gürcüstanda ali təhsil ocaqlarına daxil olan soydaşlarımızın sayı ildən-ilə çoxalır”

Tarix . Kateqoriya Müsahibələr

 

0 1 1452285360

 Nərgiz Əliyeva: “Gürcüstanın ali təhsil məktəblərində təhsil alan və təhsilini bitirən gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal şəkildə iştirak edir”

Gürcüstanda yaşayan soydaşlarımızın da elm və təhsilə yiyələnməsi bizim üçün vacib amildir. Bu baxımdan artıq əvvəlki illərlə müqayisədə xeyli irəliləyiş var. Çünki son illər Gürcüstanda məhz yüksək təhsil almış gənclərimiz öz ictimai fəallıqları ilə fərqlənirlər. Elə bu mövzuda Azərbaycanlıların Mədəniyyət Mərkəzi mətbuat xidmətinin və gənclər şöbəsinin rəhbəri, Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədr müavini Nərgiz Əliyeva ilə müsahibəni təqdim edirik. 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə