Çap

Xaricdə təhsilin reklamında Türkiyə birinci yerdədir - Sərdar Yusifoğlu

Tarix . Kateqoriya Müsahibələr

sardar yusifoglu

 

“2017/2018-ci  illərdə  xaricdə təhsil, PR məsələləri üzrə əsasən Türkiyə Respublikasını daha öndə gedir. Türkiyə  özəl universitetləri bu sahədə PR-larını yaxşı aparırlar”.

Gemi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri Sərdar Yusifoğlu deyib. Onun sözlərinə görə, həm gənclər, həm də gənclər təşkilatları arasında bu təbliğatlar yaxşı aparılır:

“Cəlbedici, maraqlı endirimli təkliflər olur. Ümumiyyətlə, dil baxımından ingilis dili bilməyən gənclər üçün türkcə tədris verilir. Kriteriyaları uyğun olan gənclər endirimli şərtlərlə xüsusən, magistr proqramlarına müraciət edirlər. Keçirdiyimiz monitorinqlər göstərir ki, bu ölkənin özəl universitetlərin PR-ı daha uğurlu aparılır. Maliyyə baxımından  həm ucuzdur, həm də dil baxımından təhsil yaxşıdır”.

Sərdar bəy bildirib ki, mühəndislik ixtisasında gənclərin üstünlük verdiyi ölkə isə İngiltərədir:

“İngiltərə universitetlərinin təqaüd proqramları yaxşıdır. Təhsil haqqı yüksək olsa da gələcək karyera baxımından səmərəlidir. Musiqi sahəsində isə gənclər Avstriya, Almaniyanı seçirlər. Son 1-2 ildə müraciət olunan Avropa ölkələrindən Litva, Polşanı xüsusilə qeyd etmək olar. Gənclər bu ölkələrə axın edir, bu da ona görədir ki, təhsil almaq rahatdır və Azərbaycan vətəndaşları üçün xüsusi güzəştləri olur. Ümumilikdə isə İngiltərə, Türkiyə və Litva PR-nı daha yaxşı aparır”.