Çap

Assosiasiya rəhbəri bütün paytaxt sakinlərini aksiyaya dəvət etdi

Tarix . Kateqoriya Müsahibələr

 

 

Fuad Əsgərov : “Havalar istidir, müqəddəs aydayıq və insanlar qanverməyə gəlməyətərəddüd edir.Amma qana ehtiyacımız var. Ehtiyaclı uşaqlar gözləyə bilməz . Onların həyatını riskə atmamalıyıq. Qana ehtiyac var ! Vətəndaşları övladlarımıza dəstək olmağa dəvət edirəm” !

Gemi.az saytı xəbər verir ki, Fuad Əsgərov qeyd etdi ki , Paytaxtda və regionda havaların şiddətli isti keçməsi ,eyni zamanda müqəddəs ramazan ayında yaşadığımızdan hazırda insanlar qanverməyə tərəddüdlə qatılır. Mən düşünürəm ki, insanlar oruc olduğu üçün bu addımdan çəkinir. Onlar bilməlidirki, qanvermə orucu pozmur əgər onun sağlamlığı buna imkan verirsə. Biz unutmamalıyıq ki, ölkədə 1000 nəfərdən çox aylıq qana ehtiyacı olan talassemiyalı övladımız var. Hazırda ölkədə qana ciddi ehtiyac var. Mərkəzi Qan Bankı bütün gücünü səfərbər edib, amma biz onların işinə dəstək olmalıyıq. Mövzu övladlarımızın həyatıdır ! Təşvişə ehtiyac yoxdur qan qıtlığı müvəqqətidir və səbəb yay aylarıdır. Amma biz dəstək olmalıyıq. Qan Donorları Assosiasiyası , Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası qana ehtiyacı olan övladlarımıza dəstək məqsədi ilə04 iyul 2015-ci iltarixində saat 19:00-dan 23:00 qədərPark Bulvarda təmənnasız və könüllü qanvermə aksiyası keçirəcəkdir.
Biz bütün paytaxt sakinlərini aksiyaya dəvət edirik. Övladlarımızı qoruyub həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə qanverməyə qatılmalıyıq. Düşünürəm müqəddəs ayda bundan gözəl addım ola bilməz. Aksiya bir neçə saat çəkəcək və iftardan sonrada insanlar rahat qatıla bilər. Mən vətəndaşlarıma güvənirəm!