Çap

Gənclər təşkilatları ayağa qalxdı: "Dünya birliyi Alxanlı faciəsinə laqeyd qalmamalıdır"

Tarix . Kateqoriya Müsahibələr

sardar gemi 2017

 

Erməni silahlı birləşmələri tərəfindən Alxanlı kəndinin artilleriya atəşinə tutulması və ikiyaşlı Zəhranın da bu atəş nəticəsində həlak olmasından sonra, Azərbaycan ictimaiyyəti ayağa qalxdı.

Bu istiqamətdə gənclər təşkilatları da öz etiraz səslərini ucaltdılar.

Məsələ ilə bağlı OTV-yə danışan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvü, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin (GEMİ) sədri Sərdar Yusifoğlu bildirdi ki, baş verən hadisə həqiqətən də dəhşətli bir faciədir.

“Bu hərbi cinayətə səssiz qalmaq mümkün deyil. Biz əlimizdə olan bütün vasitələrlə öz etirazımızı bildirmiş, xarici dillərdə etiraz məktubları hazırlayaraq, müxtəlif beynəlxalq təşkilatların elektron poçtlarına göndərmişik. Müxtəlif ölkələrdə təhsil alan Azərbaycan gəncləri, əlaqədə olduğumuz fəal diasporçular da bu məsələyə biganə yanaşmadı. Hesab edirik ki, xalqımız Alxanlıda baş verən cinayətlər barədə öz səsini ucaltmalı, birliyini göstərməlidir”, - deyə S.Yusifoğlu bildirdi.

Təşkilat sədri vurğuladı ki, Alxanlıda baş verənlər Ermənistan ordusunun atəşkəs dövründə törətdiyi ilk faciə deyil: "Bundan əvvəl də dəfələrlə artilleriya və iriçaplı silahlardan yaşayış məntəqələrimizi atəşə tutmuş, dinc sakinləri öldürmüş və çox sayda günahsız insana xəsarət yetirmişdilər. Alxanlı cinayəti isə bir daha göstərdi ki, bütün beynəlxalq razılaşmalar və cinah sazişləri mənasız kağız yığınınından savayı bir şey deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə bu vəhşilikləri görür və heç bir reaksiya vermir. Vəhşiliyə sükutla yanaşmaq ona haqq qazandırmaqdan başqa mənaya gəlmir".