Çap

Kanadaya miqrasiya qaydaları – ARAŞDIRMA

Tarix . Kateqoriya Xəbərlər

canada

Dünyada qloballaşma prosesi sürətlə artır. Bu həm iqtisadiyyat, həm də insanların bir ölkədən başqa ölkəyə miqrasiyasında da özünü göstərir. Hətta elə ölkələr var ki, miqrant qəbulunda da maraqlıdır. Belə ölkələrdən biri də Kanadadır.

Bu ölkənin parlamenti ölkə vətəndaşlığının alınmasını sadələşdirən qanun layihəsini də müzakirə edir. Belə ki, 2017-ci ildə 300 min miqrantı qəbul etməyi planlaşdıran rəsmi Ottava bu rəqəmi 450 min nəfərə çatdırmağı düşünür. Eyni zamanda vətəndaşlıq almaq üçün tələb olunan ingilis və fransız dili imtahanlarının da aradan qaldırılması təklif olunur.

Gemi.az ölkə vətəndaşlarının Kanadaya maraqlarının artdığını nəzərə alaraq, bu ölkəyə miqrasiya qaydalarını təqdim edir.

Məlumat üçün qeyd edək ki, Kanadanın Azərbaycanda səfirliyi olmadığı üçün Azərbaycandan bu ölkəyə miqrasiya etmək istəyənlərin sənədləri toplanaraq Kanadanın Ankaradakı konsulluğuna göndərilir. Bakıda sənədlər Beynəlxalq Miqrasiya Təşkilatında (BMqT) qəbul edilir.

Çap

Mərkəzi Bank valyuta hərracının nəticəsini açıqladı

Tarix . Kateqoriya Xəbərlər

merkezi bank1

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Gemi.az xəbər verir ki, bu barədə Oxu.Az-a AMB-dən bildirilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,8559 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki, bu günə dolların rəsmi məzənnəsi 1,8311 manat təşkil edir.

Çap

Azərbaycandan Ağ Evə xüsusi hədiyyə getdi

Tarix . Kateqoriya Xəbərlər

tramp carpet
 
Azərbaycanlı xalçaçı Dağlar Səfərov ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb.
Gemi.az-ın Lent.az-a istinadən məlumatına görə, xalça bu gün Ağ Evə göndərilib.
Azərbaycanlı sənətkar D.Səfərov xalça üzərində noyabr ayından işlədiyini deyib. Bildirək ki, xalça yun materialından hazırlanıb.
D.Səfərov xalça ilə yanaşı Donald Trampa təbrik məktubu da göndərib. O, məktubda vaxtilə ABŞ-ın eks prezidentləri Corc Buş, Barak Obamaya da məxsus xalça hazırladığını vurğulayıb.
Çap

Tramp rəsmən 45-ci ABŞ prezidenti oldu

Tarix . Kateqoriya Xəbərlər

tramp yeni

 

Vaşinqtonda, Kapitolinin pilləkənlərində ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib.

 

Gemi.az-ın  Apa-ya istinadən məlumatına görə, Tramp Konstitusiyaya və ölkəyə sədaqət andı içib.

 

Dərhal sonra Kapitoli yüksəkliyində 21 artilleriya atəşi açılıb. Bundan əvvəl ənənəyə uyğun olaraq eyni andı vitse-prezident Maykl Pens içib. 

Çap

Minimum aylıq əməkhaqqı artırılıb

Tarix . Kateqoriya Xəbərlər

aliyev imza

 

Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamı imzalayıb.

 

Gemi.az-ın Apa-ya istinadən məlumatına görə, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.

Çap

Dolların yanvarın 23-nə olan məzənnəsi açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

dollar33

 

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

 

Gemi.az xəbər verir ki, AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə dəyişməyərək 1,8311 səviyyəsində müəyyən olunub. 

Çap

Bu ölkədən Azərbaycana gələn turistlərin sayı 5,5 dəfə artıb

Tarix . Kateqoriya Xəbərlər

qeterden gelen turistler

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti və Ərəb Gözdən Əlillər Federasiyasının sədri Xalid Ali Naemi arasında görüş keçirilib.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görüşdə N.Səmədov Azərbaycan və Qətər arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, ölkəmizdə bu sahələrdə həyata keçirilən islahatlar barədə məlumat verib.

Çap

Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq

Tarix . Kateqoriya Xəbərlər

pyotr poroshenko

Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşdə Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

“Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək və biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq”, – deyə o bildirib.

Çap

İlk sosial mənzillər gələn il istifadəyə veriləcək

Tarix . Kateqoriya Xəbərlər

1c57a08578384ae675122b0cf7add06c

 

Mənzil İnşaatı Dövlət Agentliyinin sosial evlərlə bağlı birinci layihəsi 29 yaşayış binasını əhatə edir.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev "Region Plus" jurnalına verdiyi müsahibəsində deyib ki,  layihənin gerçəkləşdirilməsi üçün Bakıda Dairəvi Yolun yanında 11,6 hektarlıq sahə ayrılıb:   “Onların 12-si birbloklu 12 mərtəbəli bina, 17-si isə ikibloklu 9 mərtəbəli bina olacaq, 1 854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Bundan başqa, şəhərciyin ərazisində 960 yerlik məktəb və 240 yerlik uşaq bağçası tikiləcək. Bəzi binaların altında sosial və təsərrüfat obyektləri üçün qeyri-yaşayış sahələri olacaq.  Bundan başqa, ticarət mərkəzi üçün də ərazi ayrılıb”. 

S.Nuriyev qeyd edib ki, əsas diqqət layihənin bütün şəhərsalma və qanunvericilik normalarına uyğun olmasına verilib; məsələn, kompleksin böyük hissəsi tikinti üçün yox, yaşayış üçün komfortlu şərait yaradılmasına ayrılıb: “ Ərazinin yalnız 25%-də binalar tikiləcək; 75%-i isə yaşıllıq, yollar, böyük həyət üçün ayrılıb.

Ölçülərə gəldikdə isə, iç divarlardan ölçmələr aparıldıqda, birotaqlı mənzilin sahəsi 31-33 kv. m, ikiotaqlınınkı 50-58 kv. m, üçotaqlınınkı isə 70 kv. m-ə yaxın olacaq. Bütün mənzillər tam təmir ediləcək və mətbəx mebeli ilə təchiz ediləcək.  İlk binanın istismara verilməsi artıq gələn ilə nəzərdə  tutulur”.

Çap

20 manata görə ölkədən çıxışa qadağa qoyula bilərmi?

Tarix . Kateqoriya Xəbərlər

 stop 2

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydasını pozduğu üçün cərimələnən və ödəniş etməyən piyadaların ölkədən çıxışına və banklardan kredit götürməsinə qadağa qoyulduğunu açıqlayıb.

Gemi.az Oxu.az istinadən xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rəfael Cəbrayılov ciddi səbəblər olmadan, 20 manatlıq cəriməyə görə yüzminlərlə insanın ölkədən çıxışına qadağa qoyulmasına münasibət bildirib.

R.Cəbrayılov hər şeyin qanun çərçivəsində olduğunu deyib: 

“Şəxsin dövlətə borcu varsa, onun ölkədən çıxışına qadağa qoyulmalıdır. Adətən bu cinayət işləri üzrə olurdu, 2000-ci ildən başlayaraq inzibati xətalarda da tətbiq olunmağa başlanıldı. 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə