Çap

İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib

Tarix . Kateqoriya Xəbərlər

putin i aliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gədib.

Gemi.az xəbər verir ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gedib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayıb.

Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.