Çap

Azərbaycanlılar Kiyevə səfər edənlər arasında liderlik edir

Tarix . Kateqoriya Xəbərlər

8a6970a9 5190 4f88 90f6 fd38a407968e

Ukrayna paytaxtına səfər edən azərbaycanlıların sayı artır. Bununla yanaşı, Azərbaycan hələlik liderlər siyahısında mövqeyini dəyişə bilməyib. 

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Sərhəd Xidməti məlumat yayıb. 

Kiyevə tez-tez səfər edən turistlərin gəldiyi 10 ölkənin adı üç ildir ki dəyişməz olaraq qalır: Belarus, İsrail, ABŞ, Almaniya, Türkiyə, Böyük Britaniya, Azərbaycan, İtaliya, Fransa və Gürcüstan. 

kiyev statistika

Son altı ayda Ukraynanın paytaxtına 25,9 min azərbaycanlı turist səfər edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,2 min nəfər çoxdur. Ümumilikdə son altı ayda Kiyevə 850 min turist səfər edib. Bu fikirləri Kiyev şəhər administrasiyasının turizm idarəsinin rəisi Anton Taranenko deyib. 

“İlin ilk altı ayı ərzində 850 min turist Kiyevə səfər edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz çoxdur”, - o bildirib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə