Çap

Gənclər təşkilatlarının V Respublika sərgisi keçirilib

Tarix . Kateqoriya Xəbərlər

v sergi

Bakı Kristal Zalın Media Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox gənclər təşkilatlarının V Respublika sərgisi keçirilib.

Tədbirə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, baş nazirin müavini Əli Əhmədov, gənclər təşkilatlarının sədrləri, gənc fəallar qatılıblar. 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib ki, sərgidə iştirakçıların özlərini təqdim etmək, nailiyyət və imkanlarını göstərmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək üçün gözəl imkan yaradılıb. İ.Babayev deyib ki, sərgidə 11 gənclər evi, 85 gənclər təşkilatı təmsil olunub.

Qeyd edək ki, sərgi çərçivəsində müxtəlif mövzular üzrə gənclər üçün təlimlər və maarifləndirici tədbirlər də keçirilib. Gənclər təşkilatları ilə yanaşı, gənclər evləri də sərgidə iştirak ediblər.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə