Çap

Azərbaycan səyahət istiqamətlərinə görə MDB-nin ilk üçlüyündə

Tarix . Kateqoriya Xəbərlər

baku 2705195 30

“TurStat” analitik agentliyi 21 fevral Dünya Bələdçi Günü münasibətilə MDB ölkələri arasında rusiyalı turistlər üçün ən yaxşı səyahət istiqamətlərini açıqlayıb. 

Belarus, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Ermənistan rusiyalı turistlərin gəzinti istirahəti üçün MDB-nin ən yaxşı beş ölkəsi olub. 

Belarusa 27 faiz, Qazaxıstana 22 faiz, Azərbaycana 16 faiz, Özbəkistana 12 faiz, Ermənistana isə 9 faiz səs verib. 

Məlumatlara görə, MDB ölkələrində səyahət turizminə bələdçilərlə mədəni-maarifləndirici turların təşkili daxildir. İl ərzində üç milyondan çox belə turlar və səfərlər təşkil edilir. 

Reytinq səyahət turları bazarının araşdırmasının və internet sorğuların nəticələrinə uyğun hazırlanıb.