Çap

Azərbaycandan Ağ Evə xüsusi hədiyyə getdi

Tarix . Kateqoriya Xəbərlər

tramp carpet
 
Azərbaycanlı xalçaçı Dağlar Səfərov ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb.
Gemi.az-ın Lent.az-a istinadən məlumatına görə, xalça bu gün Ağ Evə göndərilib.
Azərbaycanlı sənətkar D.Səfərov xalça üzərində noyabr ayından işlədiyini deyib. Bildirək ki, xalça yun materialından hazırlanıb.
D.Səfərov xalça ilə yanaşı Donald Trampa təbrik məktubu da göndərib. O, məktubda vaxtilə ABŞ-ın eks prezidentləri Corc Buş, Barak Obamaya da məxsus xalça hazırladığını vurğulayıb.
D.Səfərov Trampı bir daha təbrik edərək ona can sağlığı arzu edib.
Qeyd edək ki, Dağlar Səfərov indiyədək onlarla dünya liderinin portretini hazırlayıb. Onların çoxu ilə təkbətək görüşüb.