Çap

Aİ Dağlıq Qarabağda planlaşdırılan “referendum”u tanımır

Tarix . Kateqoriya Xəbərlər

Ai 44

Avropa İttifaqı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan referendumun konstitusional və hüquqi quruluşunu tanımır.

Gemi.az-ın  məlumatına görə, bu barədə Apa-ya Avropa İttifaqının mətbuat xidmətindən Dağlıq Qarabağda fevralın 20-də keçirilməsi nəzərdə tutulan “referendum”la bağlı bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyanat verib: 

“Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir və davamlı sülh naminə danışıqların tez bir zamanda bərpasına çağırır”.  

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə