Çap

Azərbaycanda ali məktəblərə qəbul olan tələbələrin sayı 6,7% artıb

Tarix . Kateqoriya Xəbərlər

telebeler

 

2016-cı ildə mülki ali təhsil müəssisələrinə bütün qruplar üzrə 35 304 nəfər tələbə qəbul edilib.

Gemi.az-ın APA-ya istinadən xəbərinə görə, Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında qeyd olunub ki, bu göstərici əvvəlki illə müqayisədə 2235 nəfər (6,7 faiz) çoxdur.

 

Ötən il 200-dən çox bal toplayan abituriyentlərin sayı 34 475 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 4%, 2014-cü ildəki göstəricidən isə 9% artıqdır. Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19%, 600-dən çox bal toplayanların sayı isə 32% artıb. Orta qəbul balı ildən-ilə artaraq 2012-ci ildəki 177 baldan 2016-cı ildə 209 bala çatıb. Tədris ilində 8 prioritet ixtisas üzrə minimal keçid balı 250-300 bal müəyyənləşdirilib.

 

 

2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 %-dən 2016-cı ildə 67,2 % -dək artıb. Son 4 ildə imtahan nəticələri 17 % yüksəlib. “Əla” qiymət alanların sayı 2015-ci ildəki 7 %-dən 2016-cı ildə 9,2 %-ə yüksəlib. XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvəffəq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən 2 % artaraq 65 % olub. Bu siniflərdə hər üç fəndən “əla” qiymət alan şagirdlərin sayı 6,8 %-dən 8,8 %-ə yüksəlib.