Çap

İyulun 14-də imtahan verənlərin NƏZƏRİNƏ

Tarix . Kateqoriya Xəbərlər

imtahan 2017

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək. 

Gemi.az xəbər verir ki, DİM-dən Oxu.Az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 

Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə