Çap

İlham Əliyev Putinlə görüşdü

Tarix . Kateqoriya Xəbərlər

aliyev i putin

Rusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib. 

Gemi az-ın  Oxu.az-a istinadən verdiyi məlumata görə,  V.Putin görüşün mövcud regional problemlərin həllinin axtarılmasına yardım edəcəyinə ümid etdiyini söyləyib.

“Ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək. Əlbəttə ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişaf edəcəyini müzakirə edəcəyik. Moskva və Bakının gələcək üçün çoxlu birgə planları var. Sizinlə görüşmək və bütün bu istiqamətlərdə danışmaq imkanlarının olmasına çox şadam”, - deyə Rusiya prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bildirib.

Prezident İlham Əliyev isə çıxışında iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyi söyləyib: 

“Biz münasibətlərimizin yüksək səviyyəsində məmnunuq. Siyasət, ticarət-iqtisadi, humanitar sahələrdə aktiv əməkdaşlıq edirik, nəqliyyat, enerji sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlər var”.

Azərbaycan prezidenti bildirib ki, regional, dünya siyasəti və əlbəttə ki ikitərəfli münasibətlərə və regionunun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair vacib məsələlərlə bağlı mütəmadi olaraq məsləhətləşmələrə ehtiyac var.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə