Çap

Bakıda Koreya kənd təsərrüfatı məhsullarının nümayişi olacaq

Tarix . Kateqoriya Xəbərlər

aze korea

Sentyabrın 27-də Ümumdünya Turizm günü münasibətilə Koreya səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), Dream Trading (koreya qida məhsullarının ixracını həyata keçirən şirkət), Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Kənd Təsərrüfatı, Ərzaq və Kənd işləri Nazirliyi tərəfindən Koreya Kənd Təsərrüfatı məhsullarının nümayişi təşkil olunacaq.

Gemi.az xəbər verir ki, bu barədə səfirlikdən Oxu.az-a verilən məlumata görə, Koreya mədəniyyətini özündə əks etdirən tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qız Qalası yaxınlığında, saat 11:00-dan 18:00-a qədər şəhərimizin sakinləri və qonaqlarına təqdim ediləcək.

Tədbirdə şəhər sakinləri Koreya kənd təsərrüfatı məhsullarının dadına baxmaq və Koreya milli çay mədəniyyətinin nümayişini izləmək imkanı əldə edəcəklər.

Tədbirin Programı:

Koreya kənd təsərrüfatı məhsullarından dadmaq.

Koreyanın milli çay mədəniyyətinin nümayişi.

Tədbirdə təqdim olunacaq məhsullar sırasına daxildir:

İçkilər və Çay: Zəngçiçəyi armud şirəsi, innab çayı, sitron çayı, omica şirəsi, Koreya qırmızı jenşen ekstraktı.

Spirtli içkilər: Sitron ətirli socu (Koreyanın milli şərabı), makgeoli (düyüdən hazırlanmış milli likör), liqanqju.

Qəlyanaltılar: qızardılmış şirin kartof, qızardılmış şabalıd, buğda unundan hazırlanmış Koreya milli ballı peçenyeləri, düyü unundan hazırlanmış Koreya şirniyyatları.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə