Latviyada təhsil alan tələbələr çətinliklə üzləşəcək
Gələn dərs ilindən Latviyanın bütün ali təhsil ocaqlarında rus dilində təhsil qadağan olunacaq. Bunun əvəzinə ingilis dilındə təhsilin həcmi artırılacaq.
DİM orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir
Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.
Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə saat 10.00-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər.
Azərbaycan səyahət istiqamətlərinə görə MDB-nin ilk üçlüyündə
“TurStat” analitik agentliyi 21 fevral Dünya Bələdçi Günü münasibətilə MDB ölkələri arasında rusiyalı turistlər üçün ən yaxşı səyahət istiqamətlərini açıqlayıb.
Belarus, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Ermənistan rusiyalı turistlərin gəzinti istirahəti üçün MDB-nin ən yaxşı beş ölkəsi olub.
Belarusa 27 faiz, Qazaxıstana 22 faiz, Azərbaycana 16 faiz, Özbəkistana 12 faiz, Ermənistana isə 9 faiz səs verib.
Qəbul imtahanlarının vaxtı dəyişdi
Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edib.
Gemi.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcək.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcək.
Buraxılış imtahanlarının qrafiki açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ili üzrə buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafikini açıqlayıb.
Bu barədə DİM məlumat yayıb.
Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı qrafikə uyğun keçiriləcək.
Ali məktəblərdə ixtisasların sayı azaldıldı
Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların sayı azaldılıb.
Gemi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb.
Belə ki, bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib.
İlham Əliyev tələbələrin təqaüdünü artırdı
Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncam imzalayıb.
Gənclər haqqında qanun dəyişdirildi
Parlamentin fevralın 12-də keçirilən növbəti plenar iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, həmin dəyişikliklərdə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edəcəklər.
Qəbul imtahanlarının vaxtı açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb.
Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək.
İkinci imtahan I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də baş tutacaq.
31 Yanvar - Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olanMəhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümüdür.
Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edib.