Çap

Xaricdə təhsil alanların neçə faizinin diplomu tanınmayıb?

Tarix . Kateqoriya Xəbərlər

CgdQPkfhpDzeuD9K1Yz94kn61L9yrVqB

2018-ci ildə xarici ali təhsil müəssisələrində təhsil alanların diplomlarının tanınması ilə bağlı 3570 müraciət qəbul olunub. 

Gemi.az-ın Oxu.az-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri, Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli bildirib.

Onun sözlərinə görə, bu rəqəm ötən illərin dinamikası ilə eynilik təşkil edir:

Çap

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Tarix . Kateqoriya Xəbərlər

008

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

Çap

İlham Əliyev fəxri adlar verdi

Tarix . Kateqoriya Xəbərlər

408880091

Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Srəncama əsasən, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Əliyeva Lətifə Cahandar qızı

Novruzova Nübar Qulu qızı

Çap

Keçid balına görə ən güclü universitetlər

Tarix . Kateqoriya Xəbərlər

xaricde tehsil

Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun.

Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur.

Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin reytinqini təqdim edir:

1. Bakı Ali Neft Məktəbi. Orta statistik bal göstəricisi I qrup 666.593.-dir. Qəbul imtahanlarında I ixtisas qrupu üzrə 700 bal toplamış 13 nəfər abituriyent BANM-ı seçiblər. Bir qrup üzrə bütün 700 ballı tələbələrin yalnız bir ali məktəbi -BANM-ı seçməsi də rekord göstəricidir.
Çap

Gənclər təşkilatlarının V Respublika sərgisi keçirilib

Tarix . Kateqoriya Xəbərlər

v sergi

Bakı Kristal Zalın Media Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox gənclər təşkilatlarının V Respublika sərgisi keçirilib.

Tədbirə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, baş nazirin müavini Əli Əhmədov, gənclər təşkilatlarının sədrləri, gənc fəallar qatılıblar. 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib ki, sərgidə iştirakçıların özlərini təqdim etmək, nailiyyət və imkanlarını göstərmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək üçün gözəl imkan yaradılıb. İ.Babayev deyib ki, sərgidə 11 gənclər evi, 85 gənclər təşkilatı təmsil olunub.

Çap

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Tarix . Kateqoriya Xəbərlər

baku bayraq 09

 

Noyabrın 6-da Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Füzuli rayonunun Horadiz şəhərində “Bayraq yürüşü” keçirəcək.

Gemi.az xəbər verir ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər,  tanınmış ziyalılar, idmançılar,  müəllim və şagirdlər,  QHT və  KİV nümayəndələri iştirak edəcəklər.

Çap

İtaliyada Azərbaycanlı gənclər şirkət açıblar

Tarix . Kateqoriya Xəbərlər

italy salon

İtaliyada azərbaycanlı gənclər “Üç alov” adlı (Le Tre Fiamme-bakucittadeiventi.it) şirkət açıblar. Saç kəsimi (kişilər və qadınlar üçün) xidmətlərini təklif edən şirkətin ilk brendi isə “Bakı küləklər şəhəridir” (Baku citta dei venti) adlanır. Gemi.az xəbər verir ki, bu haqda şirkətin rəhbəri Elnur Bədəlov özəl olaraq “Palitra”ya məlumat verib. 
Ötən gün Romanın Via dei Salentini 18-San Lorenzo ünvanında yerləşən şirkətin açılışı olub. Açılışa Azərbaycanın İtaliyadakı səfirliyindən nümayəndələr, universitet professorları, İtaliyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları və azərbaycanlı tələbələr qatılıblar. Elnur Bədəlov deyib ki, Romaya tələbə kimi gəlib və Sapienza Universitetində magistratura təhsili alıb: “Hər keçən gün Romada azərbaycanlı tələbələrin sayının artması bizə bu ideyanı verdi. Çünki Romada heç bir azərbaycanlı şirkət açmayıb və bunun ilkini biz edirik. Buradakı azərbaycanlıların ən çox problem etdiyi məsələlərdən biri saç kəsdirməkdir. Bu minvalla biz burada Le Tre Fiamme (Üç Alov) adında şirkətimizi açdıq və bu şirkətin ilk brendi “Baku citta dei venti”dir (Baki küləklər şəhəridir). Bu brend adı altında biz həm kişilər, həm də qadınlar üçün xidmət göstərəcəyik. Ancaq biz bu fikrimizi bir balaca genişləndirərək burada keçmiş Sovet respublikalarının vətəndaşlarını və italyanları da unutmamışıq. Burada çalışan ustalarımızdan biri rus, biri türk, digəri isə italyandır”.

Çap

Bu gün Azərbaycanda Bilik günüdür

Tarix . Kateqoriya Xəbərlər

bilik gunu

Bu gün Azərbaycanda Bilik günü kimi qeyd olunur.

Gemi.az Oxu.Az-a istinadən xəbər verir ki, sentyabrın 15-də Azərbaycanda 165 780 uşaq birinci sinifə gedəcək.

Təhsil naziri Ceyhun Bayramovun “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” imzaladığı əmrə əsasən, 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr hesab olunması, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslər sentyabrın 15-də başlanacaq.

Çap

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

Tarix . Kateqoriya Xəbərlər

erdogan aliyev

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti qeyd olundu. Türkiyə Prezidentinin səfərinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd edildi. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrimizin tarixində mühüm hadisə olduğu vurğulandı.

Çap

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişir

Tarix . Kateqoriya Xəbərlər

imtahanaa

Buraxılış və qəbul imtahanlarının yeni modelinin detallarını açıqlanıb.

Gemi.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə təhsil naziri Ceyhun Bayramov məlumat verib.

Nazirin sözlərinə görə, “Təhsildə keyfiyyət ili”ndə əldə olunan müsbət dinamikanın qorunub-saxlanılması və mahiyyətcə inkişafyönümlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub:

“Hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqəli şəkildə gələnilki qəbul imtahanlarının yeni formatı istiqamətində əməkdaşlıq edilir. Qısa olaraq, yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə