Çap

Məleykə Abbaszadə: "Monitorinq imtahanlarının iştirakçılarının 30%-i heç bir suala cavab verə bilməyib”

Tarix . Kateqoriya Xəbərlər

 

meleyke

 

"Gələn il ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanında 113 min abituriyentin iştirakı gözlənilir. Buraxılş imtahanlarında iştirak edəcək abituriyentlərin  62 420 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi monitorinq imtahanlarına qatılıb. Bu, o deməkdir ki, biz artıq 9-cu siniflər üzrə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin yarısından çoxunun biliyini müəyyən səviyyədə bilirik”.

Gemi.az-ın Apa-ya istinadən xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzi  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair seminarda çıxışı zamanı deyib. O bildirib ki, monitorinq imtahanlarının nəticələri uşaqların taleyinə təsir göstərmir.

Çap

Prezidentdən qrantlarla bağlı mühüm Fərman

Tarix . Kateqoriya Xəbərlər

aliyev imza

Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında Fərman imzalayıb.

Fərmanda bildirilir ki, son illər ərzində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyinin, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Nəticədə ölkədə qeyri-hökumət təşkilatları güclənib, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində onların rolu xeyli artıb.

Fərman Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılmasını, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədilə imzalanıb.

Çap

Məktəblərdə yekun qiymətlərin attestatlara yazılma vaxtı açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

atestat
 
Təhsil müəssisələri tərəfindən buraxılış imtahanı nəticələrinin və Dövlət İmtahan Mərkəzi tərəfindən çıxarılmış yekun qiymətlərin dövlət nümunəli təhsil sənədinə yazılma vaxtı açıqlanıb.
Gemi.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, 2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar təsdiq edilən yeni təqvim planına əsasən, ümumtəhsil məktəblərində bu proses 10.07.2017-01.09.2017-ci il tarixlərini əhatə etməlidir. Peşə məktəblərində isə qiymətlərin təhsil sənədinə yazılması daha tez başlayır. 10.04.2017-ci il tarixdə başlayacaq proses 01.09.2017-ci tarixədək başa çatmalıdır.
Çap

“ASAN Viza” sistemi haqqında əsasnamə təsdiqlənib

Tarix . Kateqoriya Xəbərlər

asan xidmet

 

 Prezident İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. 

Gemi.az-ın  "Report"a istinadən məlumatına görə, sənədə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Çap

Azərbaycanın müstəqillik günü Nyu-Yorkda qeyd edilib

Tarix . Kateqoriya Xəbərlər

musteqillik gunu nyu yorkda

 

  Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü Nyu-Yorkda qeyd edilib.

Gemi.az xəbər verir ki, bu barədə diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, şəhərin “Bowling Green” parkında keçirilən tədbir Nyu-York Azərbaycanlıları Assosiasiyasının tərəfindən təşkil olunub.

Tədbirdə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Çap

Dünyanın 2050-ci ildə ən zəngin ölkələri hansılar olacaq?

Tarix . Kateqoriya Xəbərlər

chin
 
Dünyanın məşhur iqtisadiyyat portallarından olan Thericehst.com saytı 2050-ci ildə planetin iqtisadi cəhətdən ən inkişaf etmiş 50 ölkəsinin siyahısını hazırlayıb. 

Siyahıda qardaş Türkiyə və qonşu Rusiya kimi dövlətlər də yer alıb. Türkiyə Cumhuriyyəti ilk “50-lik”in 13-cü pilləsində qərarlaşıb. Reytinq cədvəlini hazırlayan zaman analitiklər hər hansı ölkənin iqtisadi potensialını nəzərə almaqla yanaşı, oradakı insan hüquqları, demokratik düşüncəyə verilən dəyəri, əhalinin yaşam səviyyəsini də nəzərə alıblar.

Reytinq cədvəlinin ilk onluğu:
Çap

Prezident İlham Əliyev: “Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər”

Tarix . Kateqoriya Xəbərlər

prezident3
 
  “Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür”.
Gemi.az-ın Apa-ya istinadən verdiyi xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində deyib. 
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür: “Münaqişənin həllini biz bu cür görürük. Bu, hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə səsləşir. Lakin məsələnin həllini tapmamasının əsas səbəbi odur ki, Ermənistan 24 ildir, Minsk qrupu yaranandan bəri, danışıqlar prosesindəki ən kiçik irəliləyişin də qarşısını müxtəlif yollarla alır. Bizim mövqeyimiz ondan ibarətdir ki, insanlar harada yaşayırdısa, orada yaşamalıdır. Çünki onlar orada çoxdan yaşayırlar: erməni əhali 200 il, azərbaycanlılar daha çox.
Çap

Prezident: “Bizdə radikal islam təhlükəsi yoxdur, əsas təhlükə xaricdəndir...”

Tarix . Kateqoriya Xəbərlər

aliyevv
 
 
Azərbaycan əhalisi özünün dini, milli, mənəvi köklərinə bağlıdır, eyni zamanda dünyəvi cəmiyyətdir. Ona görə də bizdə radikallar üçün nə iqtisadi, nə sosial baza mövcud deyil.
Gemi.az  Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda prezident İlham Əliyev Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinə müsahibəsində deyib.
Prezidentin sözlərin görə, Azərbaycan cəmiyyəti milli ideya ətrafında sıx birləşdiyinə görə ölkə üçün radikal islamın yayılması ilə bağlı potensial risk və təhdid yoxdur.
Çap

Son 100 ilin ən soyuq qışı gəlir

Tarix . Kateqoriya Xəbərlər

49804
 
2016-2017-ci illərdə Avropada son 100 ilin ən soyuq qışı olacaq.
Gemi.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə meteoroloqlar xəbərdarlıq edirlər. Onların sözlərinə görə, qitəyə arktik hava kütlələrinin axını olacaq, Günəş buludların arxasında qalacaq. Avropa meteoroloqları xəbərdarlıq edirlər ki, qış üçün ən isti geyimi hazırlamaq lazımdır. Çünki bu soyuq əvvəlkilərdən fərqlənəcək.
Almaniyanın ekoloqları qış aylarında ən aşağı temperaturun yanvarda və fevralda müşahidə ediləcəyini bəyan edirlər. Hətta mart ayı da soyuq olacaq. Yalnız apreldə bir az temperatur yüksələcək.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə