Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlanıb
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.Qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının 4-cü sayında təqdim olunub.
Gemi.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Apa-ya verilən məlumata görə, ixtisas seçiminə kömək məqsədilə I və IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün «İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?» adlı vəsaitlər çap olunub. Vəsaitlərdə hər bir ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim edilib.