Çap

Möhsün Pakayin: 'İran Qarabağ münaqişəsində Azərbaycanın yanındadır'

Tarix . Kateqoriya Xəbərlər

 
img2125387
 
 
"Qarabağ məsələsi tezliklə, sülh yolu ilə ədalətli şəkildə həll olunmalıdır".
Gemi.az-ın Apa-ya istinadən verdiyi  məlumata görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Qüds günü ilə əlaqədar "İslam dünyasının işğalçılıq və ifratçılıq əleyhinə birliyi" adlı konfransda çıxışı zamanı deyib.
O ümid etdiyini bildirib ki Azərbaycanın ixtiyarında olmayan torpaqlar Azərbaycan ərazisinə qaytarılacaq: "İran bu münaqişə ilə bağlı daim Azərbaycanın yanında olan mövqe sərgiləyib".
Çap

AMEA-nın 12 institutuna yeni direktorlar təyin edilib

Tarix . Kateqoriya Xəbərlər

elmler

 İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunmuş səyyar iclasında akademiya institutlarında keçirilmiş seçkilərin nəticələrinə müvafiq olaraq direktorlar vəzifələrinə təsdiq olunublar.

Gemi.az xəbər verir ki, bu barədə AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rəyasət Heyətinin qərarlarına əsasən, akademik İbrahim Quliyev Neft və Qaz İnstitutunun, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının,

Çap

Azərbaycanın 200 tələbəsi Macarıstanda təhsil alacaq

Tarix . Kateqoriya Xəbərlər

 
yurtdisinda üniversite als study 780x439
 
 
Bu il Azərbaycandan 200 tələbə təhsil almaq üçün Macarıstana göndəriləcək. 
Gemi.az-ın Report-a istinadən verdiyi  xəbərə verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib: "Onların bütün xərclərini Macarıstan hökuməti qarşılayacaq".
Ş.Mustafayevin sözlərinə görə, bu il Macarıstanda təhsil almaq istəyən azərbaycanlı tələbələrə 200 yer ayrılıb:
Çap

İstanbulun Atatürk hava limanında partlayış törədilib, 36 nəfər ölüb, 147 nəfər yaralanıb

Tarix . Kateqoriya Xəbərlər

 son dakika

 

İstanbulun "Atatürk" beynəlxalq hava limanında güclü partlayış baş verib.

 

İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

 

Gemi.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu İstanbulda hadisə yerinə gələn baş nazir Binəli Yıldırım deyib.  

Çap

Eyfel qülləsi turistlərin üzünə bağlandı

Tarix . Kateqoriya Xəbərlər

 eyfell

Parisin rəmzi sayılan Eyfel qülləsi turistlərin üzünə bağlanıb. Gemi.az xəbər veerir ki, bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Qüllənin bağlanmasının səbəbi isə Fransada əmək qanunvericiliyində islahatlara qarşı keçirilən tətillərdir.

Belə ki, Eyfel qülləsinin operator şirkətinin əməkdaşlarının bir qismi də tətillərdə iştirak etməyi qərara alıb.

Çap

Buraxılış imtahanında 257 şagird ən yüksək bal topladı

Tarix . Kateqoriya Xəbərlər

  exam multiplechoice
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 25-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanında 257 nəfər maksimal nəticə göstərib.
 
Gemi.az xəbər verir ki, bu barədə komissiyadan Trend-ə verilən məlumata görə, buraxılış imtahanında 103 nəfər 9-cu sinif şagirdi maksimum nəticə göstərərək 60 bal, 154 nəfər 11-ci sinif şagirdi isə 90 bal toplayıb.
 
İmtahanlar Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.
Çap

Həzrət Əmirəl-mömininin (ə) şəhadət günüdür

Tarix . Kateqoriya Xəbərlər

XJ93DUC

 Əmirəl-möminin (ə) şəhadəti haqqında hədislərimizdə və tarixdə çox sayda mövzular daxil olmuşdur. Burada tarixin əzəmətli şəxsiyyətinin məzlumiyyəti bəyan edilir.

Peyğəmbəri-Əkrəm (s) bu şəhadət haqqında qabaqcadan xəbər vermişdi. O, bu xəbəri verən zaman göz yaşları mübarək yanağından axırmış. Allahın Rəsulu (s) mübarək Ramazan ayı astanasında insanlar üçün xütbə söyləmişdir. Bu xütbəsində Ramazan ayının fəziləti və insanların vəzifələri haqqında danışmışdır. İnsanların içərisindən Əmirəl-möminin (ə) qalxmış və bu ayın ən üstün əməli haqqında sual vermişdir.

Çap

Azərbaycanda borc vermək qaydası dəyişir

Tarix . Kateqoriya Xəbərlər

  ruyada borc alip vermek gormek 447084
 
 Azərbaycanda vətəndaşlar, eləcə də hüquqi və fiziki şəxslər arasındakı iqtisadi münasibətlərlə bağlı mühüm dəyişiklik baş verib.
Gemi.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən, borc verilməsi qaydaları dəyişdirilib.
Məcəllənin 740-cı maddəsinə edilən dəyişikliyə görə, bundan sonra vətəndaşlar bir-birinə 3 min manatdan artıq borc verildiyi zaman bu hal hökmən müqavilə ilə təsdiqlənməli – yəni borc müqaviləsi bağlanmalıdır. Tərəflərdən biri hüquqi şəxs olduqda isə borcun məbləğindən asılı olmayaraq bütün borc münasibətləri rəsmiləşdirilməlidir. Bu maddənin əvvəlki məzmununda borcun məbləğindən asılı olmayaraq, şifahi müqaviləyə yol verilirdi (yazılı müqavilə bağlanmadan).
Mülki Məcəlləyə dəyişiklik belədir:
Çap

Sabah TQDK növbəti buraxılış imtahanlarını keçirəcək

Tarix . Kateqoriya Xəbərlər

  1401444557 imtahan 2

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 25-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.

Gemi.az-ın TQDK-ya istinadən verdiyi xəbərə görə, həmin gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.

İmtahanlarda ümumilikdə 55908 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 31254, XI sinif üzrə 24654).

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə