Çap

Bir qrup gəncin təşəbbüsü ilə «Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu» İctimai Birliyinin təsis konfransını keçirib.

Tarix . Kateqoriya Xəbərlər

konf

 Aprelin 20-də Azərbaycanın bir qrup  vətənpərvər gənci «Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu» İctimai Birliyinin (International Information and Research Institute)  təsis konfransını keçirib.  

Gemi.az-ın verdiyi məlumata görə, bu  haqda  məlumatı  qurumun sədri Zaur Qəriboğlu verib.  Zaur Qəriboğlu  BİTİ haqqında  məlumat verərək bildirib ki, bu gün dünyada, əsasən də müharibə və münaqişə ocaqlarında  baş  verənlər  haqda oxucuya və beynəlxalq  ictimaiyyətə dolğun, dəqiq və qərəzsiz informasiyaların hazırlanmasına  və yayılmasına ehtiyac var.

Çap

Şəkidə gənclər üçün treninq keçirilib

Tarix . Kateqoriya Xəbərlər

telim

Aprelin 20-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənclər üçün treninq keçirilib.

Gemi.az xəbər verir ki,  Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzusunu əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarından səmərəli istifadə və s. barədə ətraflı məlumat verilib.

Çap

Nazir: Bakalavr təhsili üçün yalnız nadir hallarda xaricə göndəriləcək

Tarix . Kateqoriya Xəbərlər

mikayil 18

"Namizədlər xaricdə təhsil üzrə yeni dövlət proqramı çərçivəsində bakalavr təhsili almaq üçün xaricə yalnız nadir hallarda (seçilən ixtisas Azərbaycanda tədris olunmadıqda) göndərilə bilər. Çünki Azərbaycanda bu sahədə bir çox irəliləyişlər əldə olunub". Gemi.az-ın Trend-ə istinadən verdiyi  məlumata görə, bunu jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə xaricdə təhsili üzrə birinci Dövlət Proqramının (2007-2015-ci illər) həyata keçirildiyi müddətdə 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə edib.

Nazir qeyd edib ki, proqramın icrası keçən il sona çatıb. Proqram qarşısında qoyulan əsas məqsədlərin bəziləri yerinə yetirilmiş kimi qəbul olunur.

Çap

Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi sistemi elektronlaşdırılır

Tarix . Kateqoriya Xəbərlər

perevod

Tələbə-universitet-təhsil sistemi münasibətlərinin sağlamlaşdırılması, şəffaf səviyyəyə çatdırılması üçün hazırda tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsinin elektron sistemi yaradılır.Gemi.az-ın  Trend-ə istinadən verdiyi məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, bu iş yaxın aylarda yekunlaşacaq.

Çap

Təhsil Nazirliyi dərslərin bitəcəyi tarixlə bağlı məlumatlara aydınlıq gətirdi

Tarix . Kateqoriya Xəbərlər

14iyun

Azərbaycan Respublikası Təhsil Nazirliyi bu il orta məktəblərdə tədrisin iyunun 14-də deyil, daha tez - mayın 31-də başa çatacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Gemi.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, nazirlikdən bildirilib  ki, ümumi təhsil müəssisələrində dərslər bir qayda olaraq, sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır.

Çap

Azərbaycan prezidenti yeni metro stansiyalarının açılışında iştirak edib

Tarix . Kateqoriya Xəbərlər

metro
 
Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib.

Gemi.az-ın Apa-ya istinadən verdiyi  məlumatına görə, dövlət başçısı “Avtovağzal” stansiyasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə yaxından tanış olub.

Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov dövlət başçısına Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi barədə məlumat verib.

Çap

Son döyüşlərdə fərqlənən hərbçilərə Milli Qəhrəman fəxri adı, orden və medallar verilib

Tarix . Kateqoriya Xəbərlər

milli qehreman

 

 Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. 

Çap

"Ermənistan razılaşmanın şərtlərini pozmağa çalışır" - Müdafiə Nazirliyi

Tarix . Kateqoriya Xəbərlər

nazirlikk

 

 

"Ermənistan mətbuatının qoşunların təmas xəttində guya Azərbaycan tərəfindən təxribat törədilməsi və cəbhənin şimal istiqamətində 2 erməni hərbçisinin yaralanmasına dair yaydığı məlumatlar hərbi əməliyyatların dayandırılması barədə razılığın kobud surətdə pozulmasına hesablanıb".

Gemi.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, belə ki, beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığa əsəsən, döyüş meydanında qalmış meyitlərin axtarılaraq çıxarılması prosesi aprelin 19-da səhər saatlarında məhz cəbhənin həmin hissəsində həyata keçirilməlidir.

Çap

Gənclərin xaricdə təhsili üzrə yeni dövlət proqramı layihəsi ilə bağlı məsləhətləşmələr aparılır

Tarix . Kateqoriya Xəbərlər

 
 
tehsil nazirliyi
 
Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 4323 əcnəbi tələbə təhsil alır.
Gemi.az-ın Apa-ya istinadən verdiyi  xəbərinə görə, Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq əlaqələr sektorunun müdiri Nicat Musayev bildirib ki, əcnəbi tələbələrin ölkənin ali məktəblərinə cəlb olunması və onların sayının artırılması üçün yeni mexanizm tətbiq edilir.
 
Onun sözlərinə görə, ali məktəblər Boloniya sisteminə qoşulduqdan sonra muxtariyyət əldə ediblər:
Çap

Planşet və kompüter bazarı "ağıllı" telefonların təkmiləşməsi ilə 10 ilə dünya bazarından silinə bilər?

Tarix . Kateqoriya Xəbərlər

pper2

"Ağıllı" telefonlar planşet və kompüter bazarını çökdürməkdədir. Bu məhsullar bu templə geriləsə, 10 ildən sonra bazardan tamamilə silinə bilər.

Dünya miqyasında "ağıllı" telefonların funksiyaları, ekran ölçüləri, batareya gücləri artdıqca planşet və kompüter bazarlarının satış rəqəmlərini azaldır. Gemi.az-ın Deyerler.org-a istinadən verdiyi xəbərə görə, araşdırma göstərir ki, 2015-ci ildə 207 milyon ədəd planşetin dünya miqyasında satıldığını və bunlardan 50 milyonun "iPad"lar təşkil etdiyini üzə çıxardıb. Lakin 2016-cı ildə bu satış tempi 10% azalıb.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə