Çap

Vüsal Quliyev sektor rəhbəri təyin edildi

Tarix . Kateqoriya Xəbərlər

vusal quliyev

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.

Gemi.az Teleqraf.com-a istinadən xəbər verir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorunun fəaliyyətinin əsas istiqaməti olacaq. İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.

Çap

Ödənişsiz onlayn sınaq imtahanı keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

slide 2

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədilə “Abituriyent” jurnalının 1-ci sayında dərc edilmiş test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanları təşkil edir.

Gemi.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, 2018-ci il “Abituriyent” jurnalının 1-ci sayında dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanlarına abituriyentlər rahat şəkildə yazıla və onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.

Abituriyentlər sınaq imtahanında iştirak etmək üçün http://otk.az portalına daxil olub qeydiyyatdan keçməlidirlər. Daha sonra abituriyentlər istədikləri ixtisas qrupunu seçib imtahana yazıla bilərlər.

Çap

2018-ci il üzrə diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin nəzərinə!

Tarix . Kateqoriya Xəbərlər

diaqnostik qiymetlendirme

 

Cari ilin mayında Təhsil Nazirliyi tərəfindən müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Qiymətləndirmədə aşağıda adıçəkilən kateqoriyaya aid şəxslər iştirak edə bilər:

 - əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər;

- gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;

- direktor, direktor müavinləri;

- məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar;

- yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar.

Çap

Poroşenko Rusiyaya qarşı yeni sanksiyaları elan etdi

Tarix . Kateqoriya Xəbərlər

poroshenko

Ukrayna hökuməti ABŞ-ın Rusiyalı iş adamlarına qarşı qəbul etdiyi anoloji sanksiyaları tətbiq etməyi və Kiyevin əvvəl qəbul etdiyi  sanksiyaların müddətini uzatmağı qərara alıb.

Gemi.az  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenkonun bəyanatında deyilir.

“Qeyd etməliyəm ki, əvvəllər qəbul etdiyimiz sanksiyalar da bizim Avropa İttifaqından olan tərəfdaşlarımız və Amerika Birləşmiş Ştatları ilə sinxronlaşdırılıb.  

Çap

Təhsil işçiləri “Alimlər şəhərciyi”ndən mənzil ala biləcəklər

Tarix . Kateqoriya Xəbərlər

1521207078 549

Abşeron rayonu Saray qəsəbəsində tikilən “Alimlər şəhərciyi” yaşayış kompleksindən təhsil işçiləri də mənzil ala biləcəklər.

Gemi.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Bildirilib ki, AMEA-nın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil əldə edə biləcəklər.

Çap

Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

Tarix . Kateqoriya Xəbərlər

elektron bankcılıq 660x330 1

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 30-dək davam edəcək.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə DİM-in mətbuat xidmətindən məlumat verilib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Çap

“Formula-1” Azərbaycan Qran-Prisi başladı

Tarix . Kateqoriya Xəbərlər

Baku Render1

Bakıda Azərbaycan Qran-Prisinə start verilib.

Gemi.az-ın Oxu.Az-a istinadən məlumatına görə, əvvəlcə saat 11:00-da “Formula-2”-də sərbəst yarışlara start verilib.

Saat 13:00-da “Formula-1” yarışında da sərbəst yarışlar başlayıb. 15:00-da “Formula-2”-də sıralama yarışları olacaq. Saat 15:45-də “Formula-2”-nin mətbuat konfransı olacaq.

Çap

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib

Tarix . Kateqoriya Xəbərlər

oxu gunuu

 

Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub.

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Çap

Angela Merkel İlham Əliyevi təbrik edib

Tarix . Kateqoriya Xəbərlər

angela merkel

Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gemi.az-ın Oxu.az-a  istinadən xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab prezident.

Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Çap

Müəllimlərin işə qəbul qaydası dəyişir

Tarix . Kateqoriya Xəbərlər

shutterstock 303112742

Bu il müəllimlərin və direktorların işə qəbulu qaydalarına dəyişikliklər ediləcək.

Gemi.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbul qaydaları ilə bağlı layihə hazırlanıb, qaydalarda yeniliklərin tətbiqi planlaşdırılır: 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə