Çap

BELARUS FÖVQƏLADƏ HALLAR AKADEMİYASINA QƏBUL

Tarix . Kateqoriya Elanlar

belarus fhn

 BELARUS FÖVQƏLADƏ HALLAR AKADEMİYASINA QƏBUL

 

Gəncliyin Elmi Mədəni İnkişafı Təşkilatı sizi  Belarusda Fövqəladə Hallar Nazirliyinin Universitetində təhsil almağa dəvət edir.

Belarus Fövqəladə Hallar Nazirliyinin Universiteti  bakalavr və magistr təhsil pilləsi üzrə kadrlar hazırlayır. Universitetdə  xarici vətəndaşların tələbələri Bakalavr və Magistr təhsil pilləsi üzrə əyani və qiyabi şöbələrdə təhsil ala bilərlər.

Xarici tələbələrin qəbulu İMTAHANSIZ, sadəcə müsahibə yolu ilə aparılır. Təhsil müddəti əyani şöbədə 4 il, qiyabidə 5 il davam edir. Dil bilməyən xarici tələbələr 9 ay hazırlıq fakültəsində təhsil alırlar. Təhsil xarici tələblər üçün rus dilində aparılır.

Universitetdə  Aparıcı kadrların hazırlığı və Həyat təhlükəsizliyi fakültələri üzrə mütəxəssislər hazırlanır.

✦ Həmçinin tələbələrə aylıq TƏQAÜD də verilir.

 Motolko IMG 2459 112by

 İllik təhsil haqqı:

Əyani təhsildə 3500 dollar (Bura yataqxana + gündə 3 dəfə qidalanma + forma + qeydiyyat + sığorta daxildir);

Qiyabi təhsildə 1750 dollar;

 

Attention icon web Həmçinin Akademiyada MAGİSTRATURA təhsili də ala bilərsiniz:

  Əyani təhsil formasında illik təhsil haqqı - 2500 $

  Qiyabi təhsil formasında - 1550 $

 

Qəbul üçün lazım olan sənədlər:

 Attestat  (11-ci sinif şagirdləri məktəbdən arayışla) ;

  Xarici pasport ; 

  Doğum haqqında şəhadətnamə ;

  Sağlamlıq haqqında arayış ;

●  GİÇS (SPİD) haqqında arayış ;

●  3 x 4 fotoşəkil (12 ədəd) ;

1 3 

 DİQQƏT!  Akademiyanı  bitirənlərə  LEYTENANT  rütbəsi  verilir.

 

Son müraciət  tarixi: 15 Avqust 2019.

BİZİMLƏ ƏLAQƏ:

Ünvan: Bakı şəhəri, İçərişəhər, İlyas Əfəndiyev küçəsi, İtaliya və Serbiya səfirliklərinin arxası

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Telefon: +994124929144; +994555556116
Whatsapp: +994504825151
İnstagram: xaricde.tehsil.gemi

Motolko IMG 2435 112by

Çap

Universitetlərimizin verdiyi diplomları tanıyan və tanımayan ölkələr – İxtisasa görə fərqlər

Tarix . Kateqoriya Müsahibələr

diploma

“Azərbaycan universitetlərinin diplomları apostil qanuna qoşulmuş bir çox ölkələrdə tanınır”

Bu sözləri AzEdu.az-a Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib. Onun sözlərinə görə, Azərbaycan universitetlərində müəyyən sahələr üzrə təhsil alanların  diplomları xaricdə tanınmır:

“Gənclərin  xaricdə magistr səviyyəsində təhsil alması Azərbaycan universitetlərinin  diplomlarının tanınmasına əsasdır. Həmçinin, Azərbaycan universitetlərində magistratura  dərəcəsində təhsil alanlar digər xarici ali məktəblərdə  doktorantura səviyyəsində oxuya bilərlər. Amma onu da bildirim ki, Azərbaycan universitetlərində bəzi ixtisaslar üzrə təhsil alanlar xaricdə oxumaq istədikləri zaman problemlə qarşılaşa bilərlər. Yəni əsasən hüquq və tibb sahəsi üzrə təhsil alanlar daha çox problemlərlə qarşılaşırlar.   Çünki, xarici universitetlərdə  Hüquq ixtisası üzrə magistr dərəcəsində təhsil almaq istəyənlərdən daha çox bakalavr səviyyəsini  oxumaqları tələb olunur”.

Çap

Xaricdə oxumaq istəyənlərə ən az və çox sənəd-viza çətinliyi yaşadan ölkələr

Tarix . Kateqoriya Müsahibələr

09 1 1386965460

Bütün dünyada olduğu kimi ölkəmizdə də xaricdə təhsil almaq istəyənlər var.

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.

Bəs, xaricdə təhsil almaq istəyən tələbələrin sənədləşmə prosesində çətinlikləri nələrdir?

AzEdu.az bununla bağlı yazını təqdim edir:

“Gəncliyin Elmi-Mədəni  İnkişafı”  İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə  ekspert  Sərdar Yusifoğlunun sözlərinə görə, xaricdə təhsil almaq istəyənlərin sənədləşmə prosesi təhsilin bakalavr və magistratura dərəcəsinə görə fərqlənir:

Çap

Kefiyyətli Avropa təhsilini ucuz qiymətə "satan" ölkə - Polşa

Tarix . Kateqoriya Müsahibələr

Poland temporarily suspended the collection of taxes from cryptocurrency investors

Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə insanlar bəzən, xaricdə təhsil almağa üz tutur.

Azərbaycanda da  xarici ölkələrdə  təhsil almaq  və ya təhsilini davam etdirmək  istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi isə Asiya  ölkələrində təhsil  almağı hədəf seçib.

Son zamanlar tələbələr  Polşada təhsil almağa daha çox üstünlük verir.

Maraqlıdır, görəsən,  tələbələrin Polşada ali təhsil alması Azərbaycan təhsilinə nə qazandırıb?

AzEdu.az bununla bağlı yazını təqdim edir:

sardar musahibe 2018 “Gəncliyin Elmi-Mədəni  İnkişafı”  İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə  ekspert  Sərdar Yusifoğlunun sözlərinə görə, gənclərin Polşada ali təhsil almasının səbəblərindən biri də təhsil haqqının sərfəli olmasıdır:


“Polşa universitetlərinin təhsil haqqında müəyyən güzəştlər var. Ölkənin işçiyə çox ehtiyacı olduğu üçün tələbələr burada oxumağa üstünlük verir.  Polşada təhsil almaq Azərbaycana təcrübəli və ingilis, polyak dillərini bilən gənclər qazandırır. Gənclərin Polşada oxuması Azərbaycana genişmiqyaslı təhsilin və əmək bazarında rəqabətə dözümlü kadrların gəlməsinə səbəb olacaq”. 

 

Çap

Sərdar Yusifoğlu - Doktorantura oxumaq üçün ən sərfəli ölkələr – Az ödəniş, rahat şərtlər

Tarix . Kateqoriya Müsahibələr

aal sl gradstudent

Azərbaycanda  bir çox ölkələrdə olduğu ali təhsil  bakalavr, magistratura və doktorantura (PhD) olmaqla, 3 pillədən ibarətdir.

AzEdu.az bu yazıda xaricdə PhD təhsili ilə hansı sənədlərə ehtiyac olduğu, hansı ölkələrdə təhsil haqqının aşağı olması ilə bağlı məlumatları sizə çatdıracaq.

Elmi dərəcə almaq istəyənlər bir çox hallarda doktorantura təhsili almağı planlayırlar. Bununla bağlı hazırda bir çox gənclər xaricə üz tutur. Təbii ki, bunun üçün tələb olunan şərtlər müəyyən mənada dəyişə bilir. Təqaüd proqramları əsasən, öncəki təhsil pilləsindən sənəd, rəy vəmotivasiya məktubu, xarici dil sertifikatı və transkript tələb edir. Bəzən olduğunuz ölkədə  həmin pillə üzrə qəbul olmanız haqqında sənədi də xarici universitetə, təqaüd proqramına təqdim etməlisiz.

Çap

Azərbaycanın ilk coworking mərkəzini quran Tamerlan Məmmədov

Tarix . Kateqoriya Müsahibələr

tamerlan

Marketinghub olaraq ölkəmizdə qurulan yerli markalara dəstək olmaq məqəsdi ilə yerli marka qurucularmızı ilə etidiyimiz müsahibələri sizə təqdim edirik. Bu dəfəki müsahibimiz Azərbaycanın ilk coworking mərkəzi olan “Fabrika coworking” mərkəzinin qurucusu Tamerlan Məmmədovdur.

Salam gəlin ilk bu sualdan başlayaq Tamerlan Məmmədov kimdir ?

Tamerlan Məmmədov Azərbaycanın aktiv vətəndaşıdır. Azərbaycan Dövlət İqtisad Universitetin Biznes inzibatçılığı fakültəsinin məzunu.

 Dönərxanalar taksi şirkətləri açıldığı bir vaxtda coworking ideası necə ağlınıza gəldi ?

2010 ildə ictimai sektorda çox aktiv həyat tərzi sürürdüm. Avropa təşkilatın prezidenti olarkən gənclərimiz üçün tədbirlər məkanı tapmaqda çətinlik çəkirdim. Bunun həllini qonşu ölkələrdə axtarırdım və beləliklə kovorkinq mərkəzlərində tədbirlər məkanında tapdım. Kovorkinq nə olduğunu bilmirdim, başladım bu sahəni araşdırmağa.

Çap

Xaricdə təhsilin reklamında Türkiyə birinci yerdədir - Sərdar Yusifoğlu

Tarix . Kateqoriya Müsahibələr

sardar yusifoglu

 

“2017/2018-ci  illərdə  xaricdə təhsil, PR məsələləri üzrə əsasən Türkiyə Respublikasını daha öndə gedir. Türkiyə  özəl universitetləri bu sahədə PR-larını yaxşı aparırlar”.

Gemi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri Sərdar Yusifoğlu deyib. Onun sözlərinə görə, həm gənclər, həm də gənclər təşkilatları arasında bu təbliğatlar yaxşı aparılır:

“Cəlbedici, maraqlı endirimli təkliflər olur. Ümumiyyətlə, dil baxımından ingilis dili bilməyən gənclər üçün türkcə tədris verilir. Kriteriyaları uyğun olan gənclər endirimli şərtlərlə xüsusən, magistr proqramlarına müraciət edirlər. Keçirdiyimiz monitorinqlər göstərir ki, bu ölkənin özəl universitetlərin PR-ı daha uğurlu aparılır. Maliyyə baxımından  həm ucuzdur, həm də dil baxımından təhsil yaxşıdır”.

Çap

Sərdar Yusifoğlunun Prezident İlham Əliyevə təbrik məktubu

Tarix . Kateqoriya Müsahibələr

aliyev ilham 2018

“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının üzvü, təhsil üzrə ekspert Sərdar Yusifoğlu  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev cənablarına

" Hörmətli cənab Prezident! Ölkəmizdə böyük hadisə baş verib.  11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində xalq öz gələcəyinə səs verdi . Xalqımızın Sizi yenidən prezident seçməsi münasibətilə "Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyi (GEMİ) adından təbrik edir, Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar arzu edirəm. Səsvermə nəticələri bir daha sübut etdi ki, xalqımızın qarşısında göstərdiyiniz misilsiz xidmətlər dərin ehtiram və hörmətlə qarşılanır. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edib, gənclər və idman sektorunda sürətli canlanma yaranıb.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə