Çap

Bu il hərbi xidmətdən möhlət hüququ veriləcək magistrlarla bağlı məlumat açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

 

tqdkaa

Bu il Azərbaycanda ilk dəfə olaraq magistraturaya qəbul olaraq hərbi xidmətdən möhlət hüququ veriləcək gənclərin ilkin sayı məlum olub. Gemi.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Apa-nın sorğusuna verilən cavabda bildirilib ki, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 4640 nəfər qəbul olub. Bildirilib  ki, onlardan 1622-si oğlan, 3018-i qız abituriyentlərdir.

Çap

Binəli Yıldırım: “161 şəhidimiz, 1400 yaralımız var”

Tarix . Kateqoriya Xəbərlər

 1463662067

 

“Çevriliş cəhdi Türkiyənin tarixinə bir ləkədir. Meydanlara çıxan, paralel terror təşkilatına qarşı çıxan bütün vətəndaşların alnından öpürəm. 15 iyul artıq demokratiyanın bayramıdır”.

 

Gemi.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada keçirdiyi mətbuat konfransında deyib. O, Türkiyənin böyük bir bəlanı dəf etdiyini söyləyib: “Tankların önünə çıxaraq həyatını qurban verən qardaşlarımızı rəhmətlə anıram. Bizə dəstək verən dost ölkələrə təşəkkür edirəm”.

Çap

​Azərbaycan Dövlət İqtisad Universitetində 3 fakültə ləğv olunu

Tarix . Kateqoriya Xəbərlər

iqtisad uni
 
 
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni böyük fakültə yaradılıb.
Gemi.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla bağlı ali məktəbin Elmi Şurası qərar qəbul edib.
Qərara əsasən, İnformatika və idarəetmə, Biznes inzibatçılığı və Kommersiya fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb. Eyni profilli 3 fakültə, bundan sonra fəaliyyətini vahid fakültə kimi davam etdirəcək.
Çap

Məleykə Abbaszadə: 48 905 nəfər ali və orta ixtisas təhsil müəssisələrinə qəbul ola biləcək

Tarix . Kateqoriya Xəbərlər

meleyke

Bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün 41 965 yer təqdim olunub.

Gemi.az-ın Trend-ə istinadən verdiyi  məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu, ötən illə müqayisədə 7,21% çoxdur.

Onun sözlərinə görə, dövlət sifarişli yerlərin sayında bir az fərq var və ötən illə müqayisədə 497 yer artıb.

Çap

Türkiyədə olan azərbaycanlı turistlər təhlükəsizlikdədirlər

Tarix . Kateqoriya Xəbərlər

gemi tur

Türkiyənin kurortlarında vəziyyət stabildir və orada olan azərbaycanlı turistlər təhlükəsizlikdədirlər. Gemi.az xəbər verir ki, bu barədə Trend-ə  Azərbaycanın turizm bazarındakı mənbə məlumat verib.

Mənbə bildirib ki, Türkiyədə olan azərbaycanlı turistlər ilə bağlı narahat olmağa heç bir əsas yoxdur, turizm şirkətləri onlarla daim əlaqə saxlayır.

Çap

AZAL Türkiyəyə uçuş biletlərini dəyişdirir və ya geri qaytarır

Tarix . Kateqoriya Xəbərlər

13771

Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar Azərbaycandan Türkiyəyə ləğv edilmiş təyyarə reyslərinə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

Gemi.az-ın Trend-ə istinadən verdiyi  məlumata görə, AZAL bildirir ki, ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın aşağıdakı reysləri təxirə salınıb.

Çap

TQDK bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək

Tarix . Kateqoriya Xəbərlər

 

tqdka

 

Azərbaycanda bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət ediləcək.

Gemi.az Apa-ya istinadən verdiyi xəbərə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, müraciətdə komissiya tərəfindən aparılan araşdırmaların nəticəsi və bu məsələ ilə bağlı təkliflər təqdim olunacaq: “Sonda hansı qərarın qəbul ediləcəyi bizdən asılı deyil. Hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaşı alırdılar. Amma Dövlət İmtahan Mərkəzi qeydiyyata düşdükdən sonra heç bir işçinin, mütəxəssisin maaşı olmayacaq.

Çap

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balları açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

tqdkaa

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid ballarını açıqlayıb.

Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib ki,  hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

Çap

Azərbaycan və Ukrayna prezidentləri arasında görüş başlayıb

Tarix . Kateqoriya Xəbərlər

 

porowenka

 

 Bakıda Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi qarşılanma mərasimi keçirilib.

 

Gemi.az xəbər verir ki, bu barədə Apa-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin Zaqulbadakı iqamətgahında keçirilən qarşılanma mərasimində Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə