Çap

May 22-də əvvəlki illərin məzunları üçün I və IV qruplar üzrə qəbul imtahanı keçirilib

Tarix . Kateqoriya Xəbərlər

  imthan

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may 22-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 24 binada aparılıb.

Gemi.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat davam edib.

Çap

İmtahan stressini azaltmağın yolları

Tarix . Kateqoriya Xəbərlər

  students taking exam

 

1.Sosial mediadan uzaq durun

İmtahandan bir gün əvvəl telefonlarınızdan daha az istifadə etməklə, sosial mediadan qətiyyətlə uzaq qalın. Telefon və sosial media gənclərin bir-birlərini həyəcandırma və qayğılandırma baxımından mənfi istiqamətdə təsir etməsinə səbəb ola bilir. Çox narahat bir yoldaşıyla danışan ya da mesajlaşan bir gəncin qayğısı arta bilir. Yenə sosial mediada bəzən səhv, spekulyativ məlumatlar ola bilər ki, bunlar da mənəvi baxımından mənfi təsirlər yarada bilir. Telefon, planşet kimi vasitələr yaydıqları işıq ilə gözləri də həddindən çox yorur. Yorulan gözlərdə imtahan vaxtı sulanma, görmə  ya da uzun paraqrafları təqib edə bilməmə kimi problemlərə səbəb ola bilir.

2. Mesajlaşarkən yuxunuzdan olmayın

Yuxu insanın enerji ehtiyacı ilə təmin olunması, sinir sisteminin düzgün işləməsi və öyrənilən məlumatların qalıcı olmasını təmin edir. Gec saatlara qədər yatmamaq və səhə oyana bilməməmək maddələr mübadiləsini zəiflətməklə bərabər diqqət problemlərinə də səbəb olur. Gənclərin bir-birləri ilə mesajlaşmaları ya da danışmaları, yuxu nizamlarını pozur. İmtahandan əvvəlki gecə çox gec yatmamaq vacibdir. Səhər nəqliyyatı da nəzərə alaraq bir az daha tez qalxdığınız üçün yuxunuzu tam almağa diqqət edin.

Çap

Mehriban Əliyeva: "Təhlillər göstərir ki, amnistiya təklif olunan şəxslərə qarşı humanizm və mərhəmət nümayiş etdirilməlidir"

Tarix . Kateqoriya Xəbərlər

 

mehriban x

 

Bu gün Milli Məclisin plenar iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva təşəbbüskarı olduğu 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı çıxış edib.

Gemi.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Mehriban Əliyeva çıxışında bildirib ki, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına mühüm və əlamətdar hadisə kimi əbədi olaraq daxil olub: "Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmamışdan öncə Heydər Əliyev Xalq Cümhuriyyətinin ideallarını yaşadaraq, onun varisi olduğunu təsdiq edib və Naxçıvana rəhbərlik etdiyi dövrdə Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə rəsmi olaraq dalğalandırılıb. 1993-cü ildə Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib. Tarixə Azərbaycan Respublikasının qurucusu kimi daxil olmuş Heydər Əliyevin ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaradılmış Heydər Əliyev Fondu müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etməklə ölkənin inkişafına öz töhfəsini verməkdədir".

Çap

TQDK mayın 22-də I və IV ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirəcəkdir

Tarix . Kateqoriya Xəbərlər

 

ekzamen

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 22-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.

Gemi.az-ın TQDK-ya istinadən verdiyi məlumatına görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 24 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Çap

341 tələbə "Qarabağ" sözünü canlandırdı

Tarix . Kateqoriya Xəbərlər

 

qara bag

Gəncədə, Azərbaycan Texnologiya Universitetində fleşmob təşkil edilib.

Gemi.az Trend-ə istinadən xəbər verir ki, 350-yə yaxın tələbə universitetin həyətində "Qarabağ" sözünün təsvirini yaradıblar. Apreldə cəbhədə gedən döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsinə həsr olunan fleşmoba hər bir tələbə böyük maraq və həvəslə qatılıb.

Eyni zamanda, tələbələr "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarlar səsləndiriblər. Mərasimə toplaşanlar aprel qalibiyyətinin davamının gələcəyinə, işğal altındakı torpaqlarımızın azad ediləcəyi günün çox uzaqda olmadığına əminliklərini ifadə ediblər.

Çap

Bakalavrlara 200, magistrlərə 300, doktorantlara 400 dollar təqaüd, üstəlik “cibxərcliyi”

Tarix . Kateqoriya Xəbərlər

 
bv
 
Türkiyənin 160 ölkədə böyük layihələr həyata keçirən təşkilatının suriyalı gənclərə heyrətamiz dəstəyi var
 
Sərdar Gündoğan: “Dəstək verdiyimiz tələbələrdən qəti istəyimiz budur ki, təhsillərini başa vurub ölkələrinə dönsünlər”
 
“Suriyadan Türkiyəyə pənah gətirən 2 min 500 suriyalı tələbə Türkiyə universitetlərinə yerləşdirilib və bütün məsrəflərini biz qarşılayırıq. Bütün dünyada 16 min tələbəyə “Türkiyə təqaüdü” verildiyi halda, yalnız Suriyadan olan 2 min 500 tələbənin xərcləri ödənilir. Məqsədimiz gələcəyin Suriyasının intellektli insanlardan məhrum olmamasıdır. Bütün  dünyanın Suriya üçün etdiklərini biz bir təşkilat olaraq həyata keçiririk, istəyirəm hər kəs bunu bilsin”. 
Çap

Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə görüş keçirilib

Tarix . Kateqoriya Xəbərlər

  gorush

 

Ötən gün Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.

Çap

Təhsil Nazirliyi TQDK-nın qəbul qaydalarında dəyişiklik olunmasına dair təkliflərini qəbul etməyib

Tarix . Kateqoriya Xəbərlər

 

 

natiq liyev

 

Təhsil Nazirliyi bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bəzi ixtisaslara qəbul qaydalarında dəyişiklərin edilməsi ilə bağlı təkliflərini qəbul etməyib.

Gemi.az xəbər verir ki, bu barədə TQDK-nın ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev  Apa-ya açıqlamasında deyib ki, bu il Azərbaycan və Rus bölməsi üzrə bəzi ixtisaslara birgə müsabiqənin keçirilməsi barədə Təhsil Nazirliyinə təklif edilib. Onun sözlərinə görə, keçən il Hüquq fakültəsinə Rus bölməsinin abituriyentləri 285 balla, Azərbaycan bölməsinin abituriyentləri isə 500-dən yuxarı balla qəbul olub: “Bu da uyğunsuzluq və abituriyentə qarşı haqsızlıqdır. Rus bölməsinin abituriyenti 285 balla Hüquq fakültəsinə qəbul olur, Azərbaycan bölməsinin ondan iki dəfə çox bal toplayan (490 bal) abituriyenti Hüquq fakültəsinə qəbul edilmir”.

Çap

İlham Əliyev İranın kənd təsərrüfatı nazirinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib

Tarix . Kateqoriya Xəbərlər

 

irann

Prezident İlham Əliyev İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Gemi.az-ın Azərbaycan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafının razılıq doğurduğunu dedi. Azərbaycan ilə İranın dost, qardaş, qonşu ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev hər iki ölkənin siyasi rəhbərliyinin İran-Azərbaycan əlaqələrinin daha da yüksək səviyyədə olması üçün çalışdıqlarını məmnunluqla qeyd etdi.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə