Çap

Türkiyədə daha 20 yeni universitet açılacaq

Tarix . Kateqoriya Xəbərlər

istanbul universitesi iu34 min

 

Türkiyədə daha 20 universitet təsis ediləcək.

 

“Hürriyet” qəzeti yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qanunu imzalayıb.

 

Qeyd edək ki, Türkiyədə 175 universitet var. Bunların 71-i fondun, 104-ü isə dövlətindir. 46 universitet olmaqla, ən çox ali təhsil müəssisəsi İstanbulda fəaliyyət göstərir.  Bunların da 9-u dövlət, 37-si isə fonda aiddir.

Çap

Ramazan ayı başlayıb

Tarix . Kateqoriya Xəbərlər

2018 ramazan imsakiyesi belli oldu 1520337304 7214

Bu gün Azərbaycanda Ramazan ayı başlayır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Ramazan ayı münasibətilə verdiyi fitvaya istinadən xəbər verir ki, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edir və Ay göründüyü andan Ramazani-şərif başlayır.

Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

QMİ hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcı, namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Çap

Tramp müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib

Tarix . Kateqoriya Xəbərlər

DonaldTrump4

 

ABŞ prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib.

Gemi.az  "Report"-a istinadən  xəbər verir ki, bununla bağlı ABŞ prezidentinin bəyanatında bildirilir.

"Ramazan bizə müsəlmanların Amerikanın dini landşaftına əlavə etdiyi sərvəti xatırladır. Bizim konstitusiyamız zəmanət verir ki, müsəlmanlar öz vicdanlarının hökmlərinə uyğun olaraq və hökumət tərəfindən hər hansı maneəsiz Ramazana riayət edə bilərlər", - deyə Trampın bəyanatında deyilir.

Çap

İlham Əliyev Naxçıvanda

Tarix . Kateqoriya Xəbərlər

15264497846009328311

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.

Gemi.az-ın Oxu.Az-ın məlumatına görə, Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev dövlət başçısına raport verib.

Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.

Sonra prezident Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını edib.

Dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.

Sonra dövlət başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.

Çap

DİM sədri qəbul imtahanlarının ikinci mərhələsi barədə

Tarix . Kateqoriya Xəbərlər

1522757905 meleyke abbaszade 0142

May ayının 17-dən qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlayacaq.

Gemi.az Oxu.az-a istinadən  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O xatırladıb ki, birinci imtahanda iştirak edən şəxslərdən kim istəyirsə, ikinci mərhədə iştirak edə bilər: 

“Birinci mərhələdə iştirak etməyən, ümumiyyətlə, sənəd verməyən insanlar da yay imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə bilər”.

Çap

İmtahanların nəticələri açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

download 1

Ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. 

Gemi.az-ın Oxu.az-a istinadən xəbərinə görə, abituriyentlər imtahan nəticələrini mobil operatorlardan (“Azercell”, “Bakcell”, “Nar”) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənə bilər.

İmtahan nəticələrinin qrafik təsviri ilə Mərkəzin internet səhifəsində də tanış olmaq mümkündür.

Çap

İmtahanların nəticələri açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

download 1

Ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. 

Gemi.az-ın Oxu.az-a istinadən xəbərinə görə, abituriyentlər imtahan nəticələrini mobil operatorlardan (“Azercell”, “Bakcell”, “Nar”) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənə bilər.

İmtahan nəticələrinin qrafik təsviri ilə Mərkəzin internet səhifəsində də tanış olmaq mümkündür.

Çap

I və IV qruplar üzrə imtahan verən abituriyentlərin - NƏZƏRİNƏ

Tarix . Kateqoriya Xəbərlər

dim 20188

Mayın 20-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Gemi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, abituriyent imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmalıdır. 

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Çap

Gələn aydan müəllimlərin yerdəyişməsi üzrə sənəd qəbulu başlayır

Tarix . Kateqoriya Xəbərlər

tehsil nazirliyi 2018
 
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə, diaqnostik qiymətləndirmədə iştirak ödənişsizdir.

“Müəllimlərin işə qəbulu üzrə müsabiqə, müəllimlərin yerdəyişməsi üzrə müsabiqə və diaqnostik qiymətləndirmədə iştirak ödənişsizdir”.

Gemi.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

 

O bildirib ki, buna görə elektron ərizələrin doldurulması, yaxud müraciətə baxılması üçün hər hansı ödənişin edilməsi nəzərdə tutulmayıb.

Çap

İlham Əliyev Bakıda hotel açılışında

Tarix . Kateqoriya Xəbərlər

dinamo hotel

Bu gün Bakının Səbail rayonunda “Dinamo” hotelinin açılış mərasimi keçirilib.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Hotelin baş meneceri Alberto Matos və dizayneri Lindo Pinto burada aparılan əsaslı təmir-yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat veriblər.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə