Çap

"Müridlik-müdrikliyin gənclik sədasıdır" mövzusunda tədbir keçirildi

Tarix . Kateqoriya Layihələr

muellim ler

Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyində (GEMİ) bu birliyin və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (BPKİYİ) birgə təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Müridlik-müdrikliyin gənclik sədasıdır” adlı tədbir keçirilmişdir.

BPKİYİ-nin rektoru, professor Asəf Zamanov ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi təhsil müəssisəsində qazanılan uğurlardan danışmış, bütün təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etmişdir.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti professor Fuad Məmmədovun “Azərbaycanın milli mədəni inkişafında müəllimlərin rolu” mövsunda məruzəsi dinlənilmişdir. Məruzədə gənc nəslin təlim-tərbiyəsində, bilik və vərdişlərə yiyələnməsində məktəbin, müəllimin rolundan söhbət açılmışdır. Professor F.Məmmədov ulu öndər Heydər Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısından, onun bu siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, pedaqoji kadrları, təhsil işçilərini bayram münasibətilə təbrik etmiş, uğurlar arzulamışdır.

Çap

“Region Gənclərinin Müasir Bilik Akademiyası” layihəsi

Tarix . Kateqoriya Layihələr

485577 442889462454877 523005522 n

“Region Gənclərinin Müasir Bilik Akademiyası”

2013-cü ildə may-iyun aylarında “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region Gənclərinin Müasir Bilik Akademiyası” layihəsinin icrasını həyata keçirib.
Paytaxta böyük ümidlərlə gələn bölgə gənclərimizin yeni bacarıqlarını açmaq, onları düzgün istiqamətləndirmək yönündə hər bir təşkilat müəyyən qədər iş görməyə çalışmalıdır. Bölgələrdən gələn gənclərin problemləri Bakıda yaşayan gənclərə nisbətən daha çoxdur. Biz bu problemləri araşdırmalı və müxtəlif vasitələrlə aradan qaldırmağa çalışmalıyıq. Şübhəsiz ki, bizim icra etdiyimiz layihə, Bakıda təhsil alan bölgə gənclərində dil bilgisinə olan real tələbatın çox cüzi bir hissəsini ödəyir. Bakıda ali təhsil alan region gənclərinin əksəriyyəti kirayə haqqı və digər vacib xərclər ucbatından öz xarici dil bilgilərini inkişaf etdirməkdə çətinlik çəkirlər. Və bu da, gənclər təşkilatlarını Bakıda təhsil alan region gəncləri üçün yeni imkanların yaradılmasına sövq edir.

Çap

Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi uğurlu fəaliyyətinə görə mükafatlandırılmışdır

Tarix . Kateqoriya Layihələr

azad rehimovla

2 fevral Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının nəzdində fəaliyyət göstərən gənclərlə iş üzrə ictimai şuranın tədbiri keçirilmişdir.

Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyindən verilən məlumata görə, tədbiri gənclər və idman nazirinin müavini İntiqam Babayev açmış, sonra gənclər təşkilatlarının rəhbərlərinin çıxışları dinlənilmişdir.

Cari ildə gənclər sahəsində görüləcək işlər müzakirə olunmuşdur.

 

Çap

GEMİ Təşkilatı Ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirdi

Tarix . Kateqoriya Layihələr

 uuu

Dekabrın 12-də Gəncliyin Elmi Mədəni İnkişafı ictimai birliyinin (GEMİ) ofisində Ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi.

GEMİ-nin mətbuat xidmətinin verdiyi məlumata görə, dekabrın 12-də Gəncliyin Elmi Mədəni İnkişafı ictimai birliyinin (GEMİ) ofisində Ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi.  GEMİ-nin Gənclər və Tələbələr üçün resurs mərkəzində keçirilən tədbirə gənclər toplaşmışdı.  Tədbiri giriş sözü ilə təşkilatın rəhbəri Sərdar Yusifoğlu açdı. Müasir Azərbaycanımızın qurucusu, Ulu öndərimiz Heydər Əliyev yolunun biz gənclər üçün əsas istiqamət olduğunu bildirdi.

Çap

Bakı-Abşeron gəncləri üçün marketinq təlimləri keçirilib

Tarix . Kateqoriya Layihələr

1003954 605474142848566 1365834391 n

“Gəncliyin Elmi Mədəni İnkişafı” İctimai Birliyi (GEMİ) Bakı-Abşeron gəncləri üçün marketinq təlimləri keçirib. Təlimlər Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Bakı-Abşeron gəncləri üçün müasir marketinq məktəbi" layihəsi çərçivəsində təşkil olunub.


GEMİ-in mətbuat xidmətindən verilən məlumata görə, iki aylıq təlimlərdə Bakı-Abşeron bölgəsindən 18-29 yaşları arasında 30 nəfər gənc iştirak edib. Təlimlər GEMİ-in cəlb etdiyi mütəxəssislər tərəfindən həftənin 2-4-cü günləri ödənişsiz həyata keçirilib.


Layihə barədə danışan GEMİ-in sədri Sərdar Yusifoğlu bildirib ki, layihənin keçirilməsində əsas məqsəd Bakı-Abşeron bölgəsindən olan gənclərə təcrübəli müəllimlər tərəfindən marketinq üzrə kursların keçirilməsi, bununla da onların peşəkar bacarıqlarının artırılmasına və işlə təmin olunmasına dəstəyin göstərilməsidir.

Çap

Gənc yazar və ictimai xadimlər diplomlarla təltif olundu

Tarix . Kateqoriya Layihələr

10325346 637280559682432 5152595799230094523 n

  "Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyi (GEMİ) mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 91-ci il dönümü münasibəti ilə "Gənclər və Uğurlar" adlı tədbirdə Gənclərin ictimai fəaliyyəti ilə əlaqədar təltifetmə mərasimi təşkil etdi. 

Tədbir çərçivəsində son illərdə fərqlənən gənc yazıçılara, jurnalistlərə, eləcə də gənclərin inkişafına və maariflənməsinə dəstək verən qurumların nümayəndələrinə diplomlar təqdim edildi. Tədbirdə tanınmış ictimai xadimlər və KİV nümayəndələri də iştirak edirdilər.

GEMİ Təşkilatının sədri Sərdar Yusifoğlu və gənc fəal Rövşən Nəcəfovun aparıcılığı ilə baş tutan tədbirdə gənc yazarlar Cavid Zeynallı, Rüfət Əhmədzadə, Oktay Hacımusalı, Elnur Eltürk, Elmin Nuri, Aytən Cavanşir, Gülnar Əhməd, Gülnarə İlham, Fatimə Kərimli, Günel Əbilova, Günel Xəzəl, Elçin Əfəndi, Fuad Hüseynzadə, Günel Eyvazlı, Vaqif Hüseynov, Mehman Həsən, Elşən Gəncəvi, Nicat Müslümov, Gülnar Əmiraslanova, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı, "Yeni Nəfəs" Hərəkatının sədri Seymur Həsənli, OTV-nin rəhbəri Vaqif Hüseynov və bir sıra fəal gənclərə diplomlar təqdim edildi.

Çap

Nişantaşı Universitetinin tanıtım günü keçirilib-FOTO

Tarix . Kateqoriya Layihələr

  e20ac418 6055 42fc 9b6f a2897afd1e9b

 İyunun 16-da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Türkiyənin Nişantaşı Universitetinin tanıtımı ilə bağlı tədbir keçirildi. Tədbirə Gəncliyin Elmi Mədəni İnkişafı Təşkilatının sədri Sərdar Yusifoğlu qonaqları şəhərimizdə görməyə şad olduğunu qeyd etdi. S.Yusifoğlu təbir iştirakçılarını Qurtuluş Günü münasibəti ilə təbrik etdi və müqəddəs Ramazan ayında oruc tutan hər kəsin niyyətinin qəbul olunmasını arzuladı. Daha sonra GEMİ sədri həyata keçirdikləri müxtəlif layihələrdən və təhsil sahəsində görülən işlərdən danışdı.

Çap

"Hamı Təhsil Alsın" layihəsi

Tarix . Kateqoriya Layihələr

Əziz dostlar, Sizi GEMİ-nin nəznində fəaliyət göstərən "Delphi" tədris mərkəzinə dəvət edirik. mərkəzinə dəvət edirik. Burada Sizi yüksək dərəcədə dil kursları (İnglis,TOEFL, İELTS Rus,Alman, Fransız,İspan, Çex, Polyak, Fars, Ərəb və s), Peşakar kompüter proqramlarını (Windows, MS Office, Adobe Photoshop, Corel Draw, Auto Cad 3D Max və s.) tədrisi gözləyir.

“Hamı Təhsil Alsın” Layihəsi üzrə təhsil haqqı:

  • İngilis dili 26 - 34 Azn
  • Rus dili 24 -30 Azn
  • Alman dili 31- 42 Azn
  • Fransiz Dili 31- 38 Azn
  • Ərəb dili 26 - 32 Azn
  • Komputer dərsləri 25 -30 Azn
  • Hüquq xidmətləri 20-30 Azn ( 1saat )
  • Psixologiya dərsləri 25 Azn
  • Psixoloji Təlimlər
  • Abiturient hazırlığı
  • YENİ Tədris modeli - Evlərə müəllimlərin göndərilməsi
  • Təhsildə fəza təfəkkürü,məntiqi yanaşma metodu
  • Fiziki qüsurlu sagirdlərə xüsusi tədris programı
  • Tərcümə xidmətləri
  • Xaricdə Təhsil
  • Xarici Universitetlərə hazırlıq
  • Universitet seçimi
  • Tövsiyə məktubları

Hər həftə sonu müxtəlif dillərdə keçirilən danışıq dərslərinə (Conversation Club, Беседа - по Русски və s.) dəvət edirik.
Həmcinin DELPHI tədris mərkəzində abiturient hazırlıq kursları və psixoloji təlimlər fəaliyyətdədir.

Üstünlüklərimiz:

  • Uyğun qiymət yüksək keyfiyyət
  • Dərslər Boloniya təhsil sistemilə Xəzər Universitetinin Təhsil sisteminə uyğun olaraq aparılır
  • Dərslər yüksək təcrübəli xaricdə təhsil almiş müəllimlər tərəfindən aparılır
  • Geniş güzəşt imkanlari 25% 50% və ödənişsiz təhsil almaq imkanı
Çap

GEMİ təşkilatının layihələri

Tarix . Kateqoriya Layihələr

GEMİ-nin həyata keçirdiyi layihələri.

 

-            Müridlik-müdrikliyin Gənclik Sədasıdır” 

-      “Region Gənclərinin Müasir Bilik Akademiyası” 

-      "Bakı-Abşeron Gəncləri üçün Müasir Marketinq Məktəbi" 

-      Unicup I Universitetlər Arası Futbol Kuboku

-      “Baltik Regionunda Mədəni əməkdaşlıq”

-      Ümummilli Lider Heydər Əliyevin 91-ci Il Dönümü Münasibəti Ilə "Gənclər Və Uğurlar" Adlı Tədbir

-      "HAMI TƏHSİL ALSIN"

-      “Yeni Gənclik”

-      “Tariximizi Gəzə-gəzə öyrənək”

 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə