Çap

Azərbaycanın yeni baş naziri Novruz Məmmədov olub

Tarix . Kateqoriya Xəbərlər

Novruz Məmmədov 715x400

 

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”.

 

Gemi.az bu barədə məlumatı APA-ya istinadən verir.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyə Milli Məclis adından təşəkkür elan edilməsini təklif edib.

 

O, həmkarlarını Novruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb.

 

Sonda Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.

 

Novruz Məmmədov Milli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.