Çap

Təhsil Nazirliyinin təşkilatçılığı ilə KİV-lərə təlim keçirilir

Tarix . Kateqoriya Xəbərlər

telimm

 Aprelin 14-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliklə əməkdaşlıq edən bir qrup Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün təhsil sahəsinə dair maarifləndirici təlimə start verilib.

Gemi.az-ın verdiyi məlumata görə, təlimdə televiziya kanallarını, qəzetləri və xəbər agentliklərini təmsil edən 25 jurnalist iştirak edir.

Təlim kursunun əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır. Üç gün davam edəcək təlimdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən media işçilərinə təhsillə bağlı aktual mövzularda məlumatlar veriləcək, jurnalistləri maraqlandıran suallar cavablandırılacaq.

Təlimin sonunda  jurnalistlərə sertifikatlar veriləcək.