Çap

Təhsil Nazirliyi dərslərin bitəcəyi tarixlə bağlı məlumatlara aydınlıq gətirdi

Tarix . Kateqoriya Xəbərlər

14iyun

Azərbaycan Respublikası Təhsil Nazirliyi bu il orta məktəblərdə tədrisin iyunun 14-də deyil, daha tez - mayın 31-də başa çatacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Gemi.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, nazirlikdən bildirilib  ki, ümumi təhsil müəssisələrində dərslər bir qayda olaraq, sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır.

Qeyd edək ki, ötən tədris ilində orta məktəblərdə tədris mayın 31-də başa çatsa da, bu dərs ilindən tədrisin iyunun 14-də bitməsi barədə qərar verilib.

Bəzi məktəblərdə isə valideynlərə bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il də fənlər üzrə proqramların tədrisi mayın sonunda yekunlaşacaq. Ona görə də dərslər iyunun 14-dən də tez bitə bilər.