Çap

Bir qrup gəncin təşəbbüsü ilə «Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu» İctimai Birliyinin təsis konfransını keçirib.

Tarix . Kateqoriya Xəbərlər

konf

 Aprelin 20-də Azərbaycanın bir qrup  vətənpərvər gənci «Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu» İctimai Birliyinin (International Information and Research Institute)  təsis konfransını keçirib.  

Gemi.az-ın verdiyi məlumata görə, bu  haqda  məlumatı  qurumun sədri Zaur Qəriboğlu verib.  Zaur Qəriboğlu  BİTİ haqqında  məlumat verərək bildirib ki, bu gün dünyada, əsasən də müharibə və münaqişə ocaqlarında  baş  verənlər  haqda oxucuya və beynəlxalq  ictimaiyyətə dolğun, dəqiq və qərəzsiz informasiyaların hazırlanmasına  və yayılmasına ehtiyac var.

Azərbaycanın Ermənistan Hərbi  Birləşmələri  tərəfindən işğal edilən torpaqlarında   son 25 il ərzində, eləcə də son  bir  ayda  baş verənlər  göstərdi ki, informasiya müharibəsində  fəallığın gücləndirilməsinə və qələbəyə  zərurət  var. Bunun  üçün də regionda  və ölkədə  baş verən proseslərlə bağlı, eləcə də hərbi hücümlar haqqında araşdırma-təhlillərin aparılması, mövcud vəziyyətlə bağlı hesabatların hazırlanması, eləcə də  bunu müxtəlif istiqamətlərdə inkişaf etdirilməsini təmin etmək məqsədilə «Beynəlxalq İnformasiya və Tədqiqqatlar İnstitutu» İctimai Birliyi təsis edilib. O qeyd edib ki, Birliyin fəaliyyətinin əsas istiqamətlərinə dünyada bu gün fəaliyyət göstərməkdə olan araşdırma mərkəzləri, beyin quruluşları, aparıcı media qurumları və fondlarla sıx əməkdaşlıq etmək, regionun geosiyasi maraqlarına uyğun  olaraq ölkəmizin dünyada artan nüfuzunun tədqiqi ilə bağlı “dəyirmi masa”lar, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, o cümlədən, beynəlxalq miqyaslı tədbirləri təşkil etmək, dünyanın müxtəlif bölgələrində mövcud vəziyyəti analiz etmək, dünyadakı münaqişə ocaqları, regional və təhlükəsizliyi ilə bağlı tədqiqatlar aparmaq və nəticəni KİV vasitəsi ilə ictimaiyyətə çatdırmaq, gənc araşdırmaçılar üçün dünyanın aparıcı tədqiqat mərkəzlərinin iştirakı ilə birgə təcrübə kurslarının təşkil etmək,  dövlət, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlıq, jurnalistlər üçün informasiya bankının yaradılması, regionda baş verən münaqişə ocaqlarının araşdırılması, mövcud vəziyyətdən optimal çıxış yolları barəsində obyektiv, qərəzsiz təhlillərin aparılması və bu təhlillərin ictimaiyyətə çatdırılması məqsədi ilə Birlik üzvlərindən ibarət xüsusi analitik qrupun təşkil edilməsi, regionda insan hüquq və azadlıqlarının təmini yönündə araşdırmaların aparılması və müvafiq olaraq xüsusi hesabatların hazırlanmasıdır: “Dünyada gedən informasiya müharibəsində ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması yönündə intensiv fəaliyyətin göstərilməsi, bu yöndə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması yönündə fəaliyyət göstərəcəyik”-, deyə o, bildirib.