Çap

İstanbulun Atatürk hava limanında partlayış törədilib, 36 nəfər ölüb, 147 nəfər yaralanıb

Tarix . Kateqoriya Xəbərlər

 son dakika

 

İstanbulun "Atatürk" beynəlxalq hava limanında güclü partlayış baş verib.

 

İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

 

Gemi.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu İstanbulda hadisə yerinə gələn baş nazir Binəli Yıldırım deyib.  

 

Bundan əvvəl ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, terrorçu avtomat silahla ətrafdakılara atəş açıb, sonra isə üzərindəki partladıcı qurğunu işə salaraq partladıb.  

 

NTV telekanalının məlumatına görə, hadisə şahidləri 4 silahlı şəxsin terminaldan çıxaraq qaçdığını görüblər.  

Bundan başqa, aeroportun dayanacağında da atışmanın baş verdiyi bildirilir. Lakin bu xəbər hələlik rəsmi təsdiqlənməyib.

“Assoşieyted Press” bundan əvvəl 50 nəfərin öldüyünü, 106 nəfərin yaralandığını bildirmişdi.