Çap

Dərs ili nə zaman başlayacaq? – Açıqlama

Tarix . Kateqoriya Xəbərlər

 
tehsil nazirliyi
 
 
  Son günlər sosial şəbəkədə dərs ilinin başlama gününün dəyişdirilməsi ilə bağlı məlumat yayılıb. İddialara görə, dərs ili sentyabrın 15-i deyil, 1-i başlayacaq. 
Gemi.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: 
 
“İnsanlar sosial şəbəkədə yayılan hər məlumata inanmasın. Ora nazirliyin rəsmi saytı deyil. Prezidentin “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib. Fərman olduğu kimi qalıb, dəyişiklik yoxdur. Dərs ili sentyabrın 15-i başlayacaq”