Çap

Dövlət qulluğuna qəbul imtahanlarının vaxtı açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

dovlet qullugu 2017

“Dövlət qulluğuna qəbulla bağlı ilk hüquqi imtahan keçirilməzdən əvvəl sınaqlara və təlim proseslərinə başlanılacaq”.

Gemi.az-ın  Oxu.az-a istinadən verdiyi xəbərə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, sınaqlar və təlim prosesləri sentyabrda, dövlət qulluğuna qəbulla bağlı yeni test imtahanlarının isə oktyabrda keçirilməsi nəzərdə tutulur.

M. Abbaszadə qeyd edib ki, artıq dövlət qulluğuna qəbulla bağlı bütün normativ-hüquqi sənədlər hazırdır.